İşsizliyə görə 1012 nəfər müavinət alır

ManatBu ilin fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu müddət ərzində işçislərin sayı 29,8 min nəfər olub ki, onların 38,3 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 281 manat olub.

Ardını oxu...

Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin bağlanmasını ŞƏRH ETDİ

“Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir”.
Bunu Modern.az saytının sorğusuna cavab olaraq Mərkəzi Bankın mətbuat xidmətinin rəhəbəri Namiq Əliyev bildirib.
Milli Bankın rəsmisi bunu optimallaşdırma iş ilə əlaqələndirib:

Ardını oxu...

Azərbaycanda 3 nəfər dəm qazından boğularaq ölüb

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda 3 nəfər dəm qazından boğulub. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından boğularaq ölüblər.  Faktlarla bağlı araşdırma aparılır.

“Gənclərin İdeya Məktəbi” - Sumqayıtda

Sumqayıtda Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyə dəstəyi ilə "Gənclərin İdeya Məktəbi” layihəsi həyata keçirilir.
Layihə rəhbəri Nabat Atayevanın verdiyi məlumata görə, "Gənclərin İdeya Məktəbi" gənclərin öz ideyalarını formalaşdırması, onun təqdimatı və həyata keçirmək yollarını öyrətmək üçün böyük fürsətdir. Onun sözlərinə görə, QWERTY Company-nin təşkilati dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 3 təlim və iştirakçiların ideyalarının təqdimatı ilə bağlanış mərasimi olacaq.

Ardını oxu...

6 -dən səhifə 6

Əlaqəli xəbərlər