2017-ci il dövlət büdcəsi Milli Məclisin bugünkü plenar iclasında təsdiqlənib.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2017-ci ilin büdcə layihəsi və növbəti 3 il üçün icmal büdcə layihəsinin MM-də müzakirəsində irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qoruması nəzərə alınmaqla bəzi istiqamətlər üzrə xərclərin arrtırılması nəzərdə tutulub.
Nazir deyib ki,mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur."Həmçinin, MM-in saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub. Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılnması təklif edilib. Lakin 2017-ci ildə büdcənin hədəfləri, büdcə yığcamlaşması nəzərə alınaraq Gənclər Fonduna azalmanı ciddi problem hesab etmirik."