Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 9°C

"Həkim xəstələrlə umacaqlı davranır"

Nadir_Qocabeyli1.jpgYazıçı-tərcüməçi Nadir Qocabəyli Səhiyyə Nazirliyinə müraciət  edib.Yazıçının  sosial  şəbəkədə  paylaşıbdığı məlumatda deyilir:

"16.04.2016 tarixində saat 12-də Hövsandakı 23 saylı poliklinikanın həkim-endokrinolu Sevil Fərəcova, dərman almaq üçün resept yazdırmaq istəyərkən məni möhkəm əsəbiləşdirdi. Mən dərman almaq növbəsində 38-ci idim. Məndən əvvəl 36-cı və 37-ci nömrələr daxil oldular.

Az sonra onlardan biri çıxdı və mənə dedi ki, girə bilərsən. Mən içəri daxil oldum, ancaq xəstələrdən birinin hələ də otaqda olduğunu görüb, tibb kartoçkamı və əlimdəki nömrəni tibb bacısının masası üzərinə qoyub çıxdım. Xəstə çıxdıqdan sonra təkrar daxil oldum. Mənim kartoçkam həkimin əlindəydi. O soruşdu: "Bunu niyə bura qoymusan?" Cavab verdim ki, həmişə bura qoyuruq də, axı ora nəsə yazırsız. Dedi: "Bəs nömrəni niyə qoymamsan?" Dedim ki, nömrəni də tibb bacısının masası üzərinə qoymuşam. Dedi ki, bura mənim masama qoymaq lazımdır. Zarafatla dedim ki, başqa vaxt heç nömrəyə əhəmiyyət vermirsiz (doğrudan da, onların nömrəyə xüsusi diqqət yetirdiyini heç vaxt görməmişəm). Mənə ciddi tərzdə barmağını silkələyərək dedi: "Bir də belə söz danışma, biz nömrəyə həmişə baxırıq. Onun bu jestinə və sözlərinə istər-istəməz əsəbiləşdim və dedim: "Heç vaxt baxmırsız və mənimlə əmrlə danışmayın!"

Ümumiyyətlə, bu həkim xanım xəstələrlə yaxşı rəftar etmir, umacaqlı davranır, xəstənin vəziyyəti ilə maraqlanmır. Sadəcə resept yazır, bu da kobud və əsəbi hərəkətlərlə müşayiət olunur. Ona bir endokrinoloq olaraq xəstələri əsəbiləşdirməyə haqqı olmadığını və bunda görə ondan şikayət edəcəyimi söylədim. "

Əlaqəli xəbərlər