Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 9°C

Mülayim yaz havası gözlənilir

HAVA-1.jpgAprelin 9-da  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun  artacağı gözlənilir. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, havanın temperaturu gecə 6-9 dərəcə, gündüz  16-21, Bakıda gecə 7-9 dərəcə, gündüz 18-20 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və  səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə ayrı-ayrı qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.  Şərq küləyi əsəcək.  

Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti,  gündüz 18-23 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə,  gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 9-11-də Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqəli xəbərlər