Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 9°C

Fərq olduqca yüksəkdir... ciddi nəticə çıxarılmalıdır

xansyap 54orfdYap.org.az  xəbər  verir  ki, baş nazirin müavini Əli Əhmədov bu gün Bakının Xətai rayonundakı kənd təsərrüfatı yarmarkasında, Nərimanov rayonundakı “Yaşıl bazar”da və "Grandmart" marketdə media nümayəndələrinin iştirakı ilə bayramqabağı qiymətlərə baxış keçirib.

Ə. Əhmədov jurnalistlərə bildirib ki, baxış zamanı satış mərkəzlərində mal çeşidlərinin təxminən eyni olduğu, keyfiyyətlərində bir fərq olmadığı aşkarlanıb: "Amma qiymətlərdə fərq çox yüksəkdir. Bundan ciddi nəticələr çıxarılmalıdır. Əlbəttə, qiymətlərdə fərq qeyri-adi hal deyil, lakin bir şərtlə ki, fərq bu dərəcədə böyük olmasın. Hazırda qeyri-adilik odur ki, qiymətlərdə fərq olduqca yüksəkdir. Yarmarkada alıcıların sayı çox idi. İnsanlar oradan mal alırlar. Ənənəvi bazarda isə satıcılar çox, amma alıcılar demək olar ki, yoxdur. Çünki qiymətlər çox bahadır. Bizim məqsədimiz ondan ibarətdir ki, qiymətlərdə fərq az olsun. Düşünürəm ki, yarmarkalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, bazar və marketlərdə isə qiymətlərin süni sürətdə artırılması ilə əlaqədar ciddi işlər görülməlidir”.

Əlaqəli xəbərlər