Onlar casusluq edirdilər

“17 noyabr mitinqinin həm ideya müəllifi, həm təşkilatçısı mən olmuşam”

Bu gün Azərbaycan xalqı 17 noyabr Dirçəliş gününü qeyd edir. 1988-ci ilin 17 noyabrında başlayan meydan hərəkatı artıq tarixə çevrilsə də, həmin günün qəhrəmanları, meydan hərəkatının liderləri unudulmur. Bu gün də onlardan birinin, Meydan hərəkatının liderlərindən olmuş Ənvər Əliyevin o günlə bağlı xatirələrini sizə çatdıracağıq. Ənvər Əliyevlə onun Milli Azadlıq Hərəkatına başladığı yerdə, AMEA-nın önündəki meydanın qarşısında görüşdük və söhbətimizə də elə oradan başladıq.

Ardını oxu...

Ermənistandan çıxarılan həmyerlilərimiz Qarabağda yerləşdirilsəydi

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın APA-ya müsahibəsi

- Anar müəllim, bu yaxınlarda xatirələrinizi yazmağınız barədə açıqlamanızı oxudum. İstəyirəm müsahibəyə elə bundan başlayaq. Sizin xatirələriniz çap olunub. Məsələn, “Əsrin əsiri” kitabınızda. Yazmadığınız nələr qalıb?

 - Əgər “Əsrin əsiri” kitabımla tanışsınızsa, razılaşarsınız ki, orda xatirələrim çap olunmayıb. Ömrümün ayrı-ayrı epizodları, məsələn, 1989-91-ci illərdə Moskvada SSRİ Xalq deputatı kimi fəaliyyətim haqqında bəzi şeyləri xatırlanır. Xatırladıramsa, bu həyatımın yalnız iki illik parçasıdır. 78 yaşlı adamın xatırlayası şeylər qat-qat çoxdur və ömür yolum haqqında yazmadıqlarım yazdıqlarımdan dəfə-dəfə artıqdır. İndi üzərində işlədiyim kitab isə “Keçən keçdi, olan oldu” adlı anılar, düşüncələr romanıdır. 

Ardını oxu...

Rusiya və Türkiyə dost olmağı öyrənməlidir...

Xəbər verdiyimiz kimi, Orxan Pamuk “Yasnaya Polyana” mükafatına layiq görülüb. Mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Kafamda bir tuhaflık” romanına görə verilib. Bu münasibətlə rus saytı meduza.io Orxan Pamukdan müsahibə götürüb. Kulis.Az həmin müsahibəni ixtisarla təqdim edir.

Ardını oxu...

Dili qondarma sözlərlə çirkləndirmək yolverilməzdir

Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun APA-ya müsahibəsi


- Afaq xanım, Tərcümə Mərkəzi yaradılanda demişdiniz ki, bu sahədə fəsad və nöqsan çoxdur. İki il ərzində bu nöqsanlar hansı səviyyədə aradan qaldırılıb?


 – Tərcümə Mərkəzinin yaradılmasında əsas məqsəd, bildiyiniz kimi, Azərbaycan dilinin və tərcümə işinin təkmilləşdirilməsi, yəni sahələr üzrə düzgün tətbiqinin təmin edilməsi və təşkilidir ki, fəaliyyətə başladığımız gündən bu sahələr üzrə müəyyən irəliləyişlərə nail olunub. Təkcə dövlət qurumlarının rəsmi yazışmalarında və saytlarında Azərbaycan dilinin tətbiqi və tərcümə işinin vəziyyəti ilə bağlı aparılan yoxlamalar nəticəsində 300-ə qədər ekspert rəyi hazırlanıb ki, bu rəylər əsasında da qurumlar tərəfindən xeyli düzəlişlər edilib, nöqsanlar aradan qaldırılıb. Bu yoxlamaların iki ildən bir aparılacağı nəzərdə tutulur. Lakin ölkənin dil və tərcümə sahəsinin, Mərkəzin daimi yoxlama və düzəlişləri əsasında təkmilləşdirilməsi bu irimiqyaslı, geniş əhatəli məsələnin həlli yolu deyil. Yəni Mərkəz bütün gücünü və fəaliyyətini daim səhvlərin düzəlişinə sərf edə bilməz. Mövcud vəziyyətin aradan qaldırılması üçün ilk növbədə, dilin tətbiqi, işlədilmə və tədris mənbələri təkmilləşdirilməli, peşəkar tərcümə qurumları və tərcüməçilər bazası müəyyən edilməlidir. Azərbaycan dilinin və tərcümənin işlədilməsi üzrə meydana çıxan qüsurlara gəlincə, bu mənzərəyə təkcə dövlət qurumlarında aparılan rəsmi yazışmalarda və saytlarda rast gəlinmir. Bu, ibtidai və ali təhsildə istifadə olunan Azərbaycan, rus, ingilis, habelə digər xarici dil dərsliklərində, dilimizin ana kitabı “Orfoqrafiya lüğəti”ndə, eləcə digər dil mənbələrində, kütləvi informasiya vasitələrində, afişa və reklamların tərtibində, bir sözlə, dil və tərcümənin işləndiyi hər sahədə müşahidə olunur.

 

Ardını oxu...

Bu cür adamların komandadan uzaqlaşdırılması an məsələsi olur

Mubariz QurbanliAzərbaycan hökumətinin tənqidçiləri deyir ki, hökumətin "gülençi" olmaqda ittiham etdiyi şəxslər onun opponentləridir və onlar haqqında iddialar siyasi məqsədlərlə, təzyiq üçün uydurulub.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, millət vəkili Mübariz Qurbanlı isə deyir ki, bu dini qruplara qarşı mübarizənin bir hissəsdir. Onunla BBC Azərbaycanca üçün İlhamə Qasımlı söhbət edib.

Ardını oxu...

4 -dən səhifə 6

Əlaqəli xəbərlər