Amerikaya məsləhət ən axırda lazım olan şeydir

1991-ci ildə Sovet İttifaqının ləğv edilməsi və və MDB-nin yaradılması barədə bəyannamə qəbul olunub. SSRİ-nin çökməsinin 25-ci ildönümündə Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qorbaçov BBC müxbiri Steve Rosenberg-lə ölkənin dağılması, Rusiya və dünyanın gələcəyi barədə söhbət edib.

Ardını oxu...

İnternet həm də böyük zibilxanadır...

"Azadlıq Radiosu"na müsahibəsində şair Ramiz  Rövşən Ziyalılar Forumunun fəaliyyətindəki bir çox məqamlara toxunub. O, bildirb ki, Ziyalılar Forumunun fəaliyyətinin niyə dayanması hamının gözü qabağında oldu.:

"Ziyalılar Forumu gərək siyasiləşməyəydi. Yəni Ziyalılar Forumunu dayandıran, onun axırına çıxan Forumun siyasiləşməsiydi. Bizim ilk gündən dediyimiz bu idi ki, siyasi iddiamız yoxdur. Hətta deyilmişdi ki, Ziyalılar Forumu ictimai rəyə nələrisə çatdırmaq üçündür. Amma mən demişdim ki, ictimai rəy elə Ziyalılar Forumunun özüdür. Onun siyasiləşməsi, təəssüf ki, axırına çıxdı. Ən düzgün, ən yerində olan birlik bəlkə də ziyalıların birliyi idi. Orda bir ağsaqqal sözü, ziyalı sözü, obyektiv fikir çatdırılırdı. Bu, böyük şərtdir. Mən onun siyasiləşməsinə etiraz edənlərdən idim. Ən azı, iki adam razı deyildisə, bunun biri məniydim. Baxmayaraq ki, o Ziyalılar Forumunda vaxtilə məni qədər siyasiləşmiş adam azıydı."

Ardını oxu...

Utanıram.. deputatam, evim kredit girovluğundadır

Qohum-əqrabalarımın pis vəziyyətdə yaşadıqları mənim 1750 manat almağım utanc gətiricidir.
“Modern.az”a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli  son günlər deputatların əmək haqlarının artırılması təklifləri səsləndirən həmkarlarına tutaraq bunun heç də ədalətli olmadığını deyib: “Məsələ ondadır ki, bəzi deputatlar bizim maaşları başqa ölkə deputatlarının aldıqları məvaciblə müqayisə edirlər. Digərləri isə deputatların maaşının ölkədəki orta aylıq əmək haqqı ilə müqayisəsini aparırlar. Əgər başqa ölkələrin parlamentləri ilə müqayisə aparsaq, Azərbaycan deputatlarının maaşı aşağıdır. Amma mən belə hesab edirəm ki, bu daha ədalətlidir. Azərbaycan içində özümüzü müqayisə etməliyik. İndiki vəziyyətdə Azərbaycandakı orta aylıq əmək haqqı 300-400 manatın civarındadırsa, deputatın 1750 manat maaş alması kifayət edir”.

Ardını oxu...

Şəxsi hisslərini ictimai münasibətlərə sırıyan kifayət qədər kin-küdurət sahibi var

 İqbal Ağazadə: “Mövcud qanunlara görə də heç bir yerdə prezidentin şərəf və ləyaqəti təhqir oluna bilməz, istər KİV-də, istərsə də publik çıxışlarda”

Alqış Həsənoğlu: “Prezident dövlətin, millətin simvoludur”

Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdinin cinayət məsuliyyəti yaradacağı barədə xəbər vermişdik. 

Ardını oxu...

3 -dən səhifə 6

Əlaqəli xəbərlər