Azərbaycan ailəsi qiyamın acısını yaşadı

Rizvan_Vahabov-1.jpgTürkiyədəki qiyam cəhdinin acı nəticələri Türkiyə vətəndaşları ilə qohum olan  azərbaycanlılardan yan keçməyib.
Əldə etdiyimiz məlumata görə hadisələr zamanı YAP Siyasi  Şurasının üzvü Rizvan Vahabovun ailəsinə ağır itki üz verib.

Ardını oxu...

“İrəvan-2018"-dən növbəti tədbir: “Qafqazın faşist dövləti: Ermənistan"

sd-150-08-2016.jpg"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB - nin təsis etdiyi “İrəvan - 2018” Hərəkatı "Qafqazın faşist dövləti: Ermənistan" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masanı giriş sözü ilə açan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB – nin və “İrəvan - 2018” Hərəkatının sədri Zaur Qəriboğlu tədbirin önəmindən bəhs edib və bu tədbirdə qeyd olunacaq məsələlərin vacibliyindən danışıb. O, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman mətbuat nümayəndələri ilə görüşəndə jurnalistləri informasiya müharibəsində fəal iştirak etməyə, müdafiədən hücum taktikasına keçməyə çağırır: “Biz də bir təşkilat olaraq, məhz bu missiyanı üzərimizə götürmüşük və imkanlarımız daxilində bu işin öhdəsindən gəlməyə çalışırıq. Elə məhz bu səbəbdən də “BİRA”-nı və “İrəvan - 2018” Hərəkatını təsis etmişik. Düşünürük ki, bu yöndə çalışmalarımızı daha da intensivləşdirək”.

Ardını oxu...

Ölənlərin sayı 43-ə çatdı

İstanbul terror 28Türkiyə mətbuatının verdiyi xəbərə görə, bu gün xəstəxanada ağır vəziyyətdə olan yaralı dünyasını dəyişib.İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Ardını oxu...

Qüvvələrin səfərbər olunmasını vacib və zəruri hesab edirik

Aliyev_Erdogan.jpgPrezident İlham Əliyev İstanbul Atatürk Hava Limanında törədilmiş terror aktında dünyasını dəyişən insanlara görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. President.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım, İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Ardını oxu...

NASA-nın istinad etdiyi alim

Shahlar_Esgerov_2.jpgBü gün professor Şahlar Əsgərovun 75 yaşı tamam  olur.Şahlar Qaçay oğlu 15 iyun 1941-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada almışdır. 1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və təyinatla Universitetdə saxlanılmışdır. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər.

Ardını oxu...

Hitler hələ də problem olaraq qalır

nguih-13-06-2016.jpgXarici  KİV-lərin yazdığına görə Avstriya  hökuməti Adolf Hitlerin doğulduğu binanı sökmək barədə düşünür. Səbəb isə neofaşistlərin fəallaşması ilə bağlıdır. Belə ki, yerli hüquq mühafizə orqanları evin neofaşistlərin ziyarətgahına cevrilə bləcəyindən ehtiyatlanırlar. Avstriyanın daxili işlər naziri isə vəziyyətdən çıxiş yolunu binanın sökülməsində görür.

Ardını oxu...

...sonuncu dəfə 28 il əvvəl olub

Hillary_K.jpg«Bu günlərdə Hillary Clinton uğurla irəliləyir. O, hələ ki, yaxşı nitqlər söyləyir, Demokratların inamını qazanır, Kaliforniyada Bernie Sanders-i kölgədə buraxır və prezident Obama-nın dəstəyini alır. Bəs sonra nə olacaq? O, noyabrda qələbə çala biləcəkmi?».

Ardını oxu...

İyunun 12-də dolu düşəcək

dolu-18.jpgİyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ardını oxu...

7 -dən səhifə 17

Əlaqəli xəbərlər