"Qarabağ”dan möhtəşəm qələbə!

Qarabag_FC.jpgAzərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
 “Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində “Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. “Qarabağ”-“Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.

Prezident Radik İsayevi təbrik edib

Prezident-tebrik.jpgPrezidentin saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevə telefonla zəng edib.
Bu qələbənin  bütün Azərbaycan xalqını sevindirdiyini deyən dövlət başçısı qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib ki, o  öz çəki dərəcəsində taekvondo üzrə ən güclü idmançıdır. O, həm dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb. Prezident İlham idmançımıza  yeni-yeni uğurlar və qələbələr arzu edib. Dövlət başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.

Ardını oxu...

Xüsusi müşavir həbs edilib

musavir-19-08-2016.jpgTürkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun xüsusi müşaviri həbs edilib.
milliyet.com.tr-in məlumat verir ki, Ə. Davudoğlunun xarici işlər naziri çalışdığı müddətdə katibi və müşaviri olan Gürcan Balık Fətullahçı Terror Təşkilatı ilə əlaqəsinin olduğu aşkar edilib.

Ardını oxu...

Türkiyə ABŞ-dan tələb edir

Fetulla_Gulen.jpgTürkiyə Fətullah Gülənlə bağlı ABŞ-a  rəsmi  müraciət edib.
Türkiyə kiv-ləri  məlumat verir ki, İstanbul Prokurorluğunun istintaqı nəticəsində 15 iyul qiyamın Fətullah Gülən tərəfindən təşkil edildiyi müəyyənləşib və istintaqın materialları ABŞ-a göndərilib. Türkiyə  tərəfi Gülənin ABŞ-da həbs edilməsini və Türkiyəyə ekstadisiya edilməsini tələb edib.

Obama yay tətilində 5 roman oxuyacaq

Obama_Kitab.jpegABŞ prezidenti Barack Obama yay tətilində oxuyacağı kitabların siyahısını açıqlayıb. Bu haqda ağ evin saytında məlumat yayılıb.
Siyahıda ilk yerdə William Finnegan-ın xatirə ədəbiyyatı üslubunda yazdığı “Vəhşi günlər: serferin həyatı” romanı durur. Bundan əlavə, Obama Colson Whitehead psixoloji triller üslubunda yazdığı “Yeraltı dəmir yolu” romanını, Helen Macdonald-ın “H qırğı deməkdir” kitabını, britaniyalı yazıçı Paula Hawkins-in psixoloji triller janrında “Qatardakı qız” romanını, həmçinin Neal Stephenson fantastik romanı “Yeddi ərəfə”ni oxuyacaq.

Ardını oxu...

Tövbə heç vaxt gec deyil...

Salam_Sarvan.jpgŞair Salam Sarvan  siyasətə qoşulmaq istəyir. Sosial şəbəkədə YAP-a üzv olacağını açıqlayıb: “ Siyasətə qoşulmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

Ardını oxu...

Açıq havada olmaq məsləhət deyil

Hava-3.jpgEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.

Ardını oxu...

Türkiyədə fövqəladə vəziyyət

Erdogan21-07-2016.jpgİyulun 20-də Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkədəki hərbi çevriliş cəhdindən sonra ilk iclası keçirilib.
4 saat 40 dəqiqə davam edən iclasdan sonra  jurnalistlərə  alınan qərarlar barədə açıqlamalar verən prezident bildirib ki, ölkədə 3 ay müddətində fövqəladə vəziyyət elan edilib.

Qəbul imtahanının nəticələri açıqlanıb

imtahan.jpgTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 17-də saat 15:40-dan etibarən açıqlayıb.

Ardını oxu...

Boynundakı göyərti izlərindən danışıb

H_Akar.jpgTürkiyə parlamentinin fövqəladə iclasına qatılan H.Akar parlament sədri, baş nazir, MHP və CHP liderləri ilə 40 dəqiqəlik görüş zamanı olanları təfsilatı ilə danışıb və özünün yaxın ətrafı tərəfindən girov götürüldüyünü deyib.

Ardını oxu...

Həbs edilənlərin sayı 6 mini ötüb

turkiyede darbe girisimiTürkiyənin ədliyyə naziri Bekir Bozdağın məlumatına görə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdində iştirak etməkdə təqsirləndirilən şəxslərin həbsi  davam edir. İndiyə kimi  ölkə üzrə həbs olunanların sayı 6 mini ötüb.

Ardını oxu...

6 -dən səhifə 17

Əlaqəli xəbərlər