Qarakənd faciəsindən 25 il ötür

Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 25 il ötür.
APA-nın məlumatına görə, 1991-ci il noyabrın 20-də vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
 Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Ardını oxu...

Terrora qarşı Milli Fəaliyyət Planı təsdiqlənib

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığını təmin etmək məqsədi ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilsin.

Ardını oxu...

"....rəsmi Bakı səsini çıxarmayacaq”

Azərbaycanla Ermənistan arasında aprel ayındakı döyüşlərin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya prezidenti Vladimir Putin idi. Kreml sahibi müharibənin uzanmasından narahat olaraq hər iki tərəfə atəşkəsə yenidən riayət etməyə çağırdı. Halbuki, Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləməsi imkanları var idi.

Ardını oxu...

Bakıda və Abşeron yarımadasında analoq yayımı dayandırılır- RƏSMİ MƏLUMAT

Sabahdan Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçiləcək.
 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurum əhalinin diqqətinə çatdırır ki, bu gün axşamdan etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılır. 1 noyabr tarixindən etibarən, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçiləcək. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

Ardını oxu...

Konstitusiyamızda 159-cu maddə yoxdur

Bu gün keçirdiyi mətbuat konfransında  Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının verdiyi rəylə bağlı bildirib ki, hər hansı qanun layihəsinə rəy verməzdən öncə Azərbaycan tərəfinin mövqeyi öyrənilməlidir, ancaq referendum layihəsi ilə əlaqədar bu prosedur pozulub. Bu rəy sentyabrın 6-da AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində hazırlanıb. Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq.

Ardını oxu...

Vəzifə saxtakarlığı ilə mənimsəmələr...

Baş Prokurorluğun mətbuat xidməti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi ilə bağlı yaydığı   məlumatda bildirilir ki, hazırda qeyd edilən cinayət işinin istintaqı davam etdirilir.

Ardını oxu...

Dolu düşəcək

Dolu-yagis.jpgSentyabrın 6-7-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək: şimşək çaxacaq,  yağış yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Ardını oxu...

Daxili işlər naziri istefa verib

Afqan_Ala.jpgTürkiyə DİN rəhbəri Əfqan Ala istefa verib.
Türkiyə mətbuatının xəbərinə görə, bu barədə  baş nazir Binali Yıldırım bəyan edib.
Daxili işlər naziri vəzifəsinə Əmək və Sosial müdafiə naziri Süleyman Soylu təyin olunub.

5 -dən səhifə 17

Əlaqəli xəbərlər