Bu axmaqlıq olar və fəlakətə gətirib çıxara bilər

Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-a İran ilə nüvə sazişini bitirməyin "fəlakətli" və "axmaqlıq" olması barədə xəbərdarlıq edib.

BBC-ə müsahibəsində John Brennan, həmçinin prezidentə Rusiyanın vədlərinə qarşı ehtiyatlı olmağı məsləhət görüb. O, Suriyadakı vəziyyətə görə Moskvanı günahkar bilir.

Ardını oxu...

Münaqişə çirkin biznes yürütmək baxımından sərf edir...

“2016-ci il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində bildirilir.

Ardını oxu...

Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq

“Ermənistan prezidenti Azərbaycanı hədələyib və deyib ki, hətta Bakını işğal edə bilər. Aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sərkisyan indi Moskvada özünə deşik tapıb, arxasında “İsgəndər” raketlərini hiss edir və bizi hədələyir”.
Musavat.com xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisin bugünkü iclasındakı çıxışında deyib.

Ardını oxu...

Akademiklər işdən kənarlaşdırılıb

Rusiya prezidenti Vladimir Putin prezidentin işlər idarəsi, Federal təhlükəsizlik xidməti, müdafiə və daxili işlər nazirliklərində çalışan akademikləri işdən kənarlaşdırıb.
Bu barədə noyabrın 28-də prezidentin mətbuat xidməti məlumat yayıb.

Ardını oxu...

Tramp-ın səsləri yenidən sayılır

Prezidentliyə keçmiş demokrat namizəd Viskonsin ştatında səslərin təkrar sayılmasında iştirak edəcək.
Səslərin təkrar sayılması təşəbbüsünü Yaşıllar Partiyasının namizədi Jill Stein irəli sürüb. O “statistik anomaliyalarla” əlaqədar habelə Miçiqan və Pesnsilvaniyada da səslərin yenidən sayılmasını tələb edir.

Ardını oxu...

Belə layihələr inşaat sektoruna canlanma gətirəcək

AzərTAc xəbər verir ki, bu gün Sabunçuda yeni yaşayış binasının açılışı olub. Sakinlərlə görüşən ölkə başçısı onlarla söhbət edib. Prezident deyib ki, son illər ərzində Bakıda və Bakı ətrafı qəsəbələrdə yüzlərlə, bəlkə də minlərlə yaşayış binası tikilib: “Ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, 1901-ci ildə tikilmiş və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib. Bu, pilot layihədir. Şadam ki, artıq şəhərimizin müxtəlif yerlərində buna bənzər layihələr icra edilir. Bu layihələrin icrası həm sosial məsələdir, eyni zamanda, şəhərimizi gözəlləşdirir. Bununla bərabər, bu binaları tikən insanlar, şirkətlər də xeyir götürürlər. Yəni, burada hər bir iştirakçı xeyir götürür və beləliklə, bütün qəzalı vəziyyətdə olan binaların yerində tədricən belə gözəl, yaraşıqlı binalar tikiləcək.
 Mənə verilən məlumata görə, əvvəlki dövrdə bu binada 34 ailə yaşayıb. İndi binanın girişində əvvəlki binanın görüntüləri əks olunur. Siz, bu binada yaşayanlar bunu əlbəttə ki, yaxşı bilirsiniz. 34 ailəyə 34 mənzil verilib. Üçotaqlı mənzil 105 kvadratmetrdir. Əvvəlki üçotaqlı mənzil 60 kvadratmetr idi. Yəni, iki dəfə çox sahəsi olan təmirli, yaraşıqlı, gözəl mənzillər verilib. Sakinlər bina tikilənə qədər kirayədə qalırdılar, onlara kirayə pulu da verilirdi”.

Ardını oxu...

İlham Əliyev və xanımı sərgidə

President.az xəbər verir ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olublar.

Ardını oxu...

Ziya Məmmədov Trampın inaqurasiyasında iştirak edəcək?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçilrilməsi  nəzərdə tutulan inaqurasiya mərasimində Azərbaycanı kim təmsil edə bilər?
Adının çəkilməsini istəməyən mənbə 28-may.az –a  bildirib ki, ölkəmiz adından bu tədbirdə nəqliyyat naziri Ziya Məmmədov iştirak edəcək. Hətta nazir yaxın ətrafına deyib ki, bu səfər ABŞ prezidentinin təşəbbüsü ilə baş tutacaq.

Ardını oxu...

Heydər Əliyev: İndi bütün inamlarım məhv olub...

Azərbaycan cəmiyyətinin təşkilatlanmasında xüsusi yeri olan YAP-ın yaranmasından 24 il ötür.
1991-ci il noyabrın 21-də Naxçıvanda baş tutan təsis konfransına qədər partiyanın qurucusu və lideri Heydər Əliyev siyasi təqiblərə məruz qalaraq ağır şərtlər daxilində yaşamağa və mübarizə aparmağa məcbur olmuşdur.
Dahi siyasətçinin və vətənpərvərin bioqrafiyasından qızıl xəttlə keçən 1991-ci ilin 19 iyul məqamı siyasi dövrümüzün həmişə iftixarla anılcaq əvəzsiz mənbələrindən və tarixi sənədlərindən biridir.
Həmin gün O, əksəriyyətin anladığı, ancaq heç kimin dilinə gətirməyə cəsarət etmədiyi fikirləri böyük səmimiyyətlə və açıq şəkildə bəyan etdi.
28-may.az Heydər Əliyevin SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına ünvanladığı istefa ərizəsini təqdim edir.

Ardını oxu...

4 -dən səhifə 17

Əlaqəli xəbərlər