Türkiyə Prezidenti Mehriban Əliyevanı təbrik edib

erdoga21022017.jpgFevralın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərtac-ın məlumatına görə, Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Ardını oxu...

Bakıda qar yağacaq,şaxta olacaq

Qar-Baki.jpgSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı keçəcəyi,qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntını intensivləşəcək.

Ardını oxu...

Akademik Vətəndaş

Celal_Eliyev-310107_2.jpg

Akademik Cəlal Əliyevin vəfatından bir il keçir...

Cəlal müəllimin fəaliyyəti çoxşaxəli idi.

Akademik, ictimayi-siyasi xadim, millət vəkili kimi samballı vəzifələr daşıyırdı.

O, üzərinə düşən hər bir missiyanın öhdəsindən vətəndaşlıq səviyyəsində gəlməyə çalışır və buna nail olmağı bacarırdı.

O, hər bir işə vətəndaşlıq yanğısı ilə yanaşırdı.

Ardını oxu...

İntizam Komissiyası: Deputat adına yaraşmır

Milli Məclisin İntizam Komissiyasının bu gün iclası olub.
Komissiyanın sədri, deputat Ağacan Abıyev APA-ya bildirib ki, iclasda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib.

Ardını oxu...

Reket mollalar var

APA-nın xəbərinə görə,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, çox vaxt mətbuatda hansısa özünü molla kimi təqdim edənin davasını din xadimlərinin davası kimi təqdim edirlər:

Ardını oxu...

Mütəllibov çör-çöp kimi divara dəyə-dəyə...

VİP sədrindən  çağırış: “Mütəllibov imtiyazlardan məhrum edilsin”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Azərbaycanın dövlət müstəqilliyinə həqarət edən keçmiş prezident Ayaz Mütəllibovun imtiyazlardan məhrum olunması təşəbbüsünü irəli sürüb.
Bu barədə özünün “Facebook” səhifəsində yazan VİP sədri Əli Əliyev prezident İlham Əliyevə çağırış edib:

Ardını oxu...

Prezident: İrəvana, Mehriyə və Gorusa qayıdacağıq!

Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.
Prezident İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.
“Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.

Ardını oxu...

3 -dən səhifə 17

Əlaqəli xəbərlər