Lütfi Zadə vəfat etdi

LutfiZade.jpgDünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.

Ardını oxu...

Doğum günün mübarək, Cəlal müəllim!

Celal Eliyev 310107 2İyunun 30-da onun 89 yaşı tamam olur.
Özü aramızda yoxdur, amma  ruhən bizimlədir: dünyasını dəyişsə də, ötkəm, prinsipial qayğıkeş obrazı dəyişməz olaraq qalır.
Mən Cəlal müəllimi tanıdığım üçün həmişə qürur duymuşam. Onunla ünsiyyət mənim həyatımın ən canlı və yadda qalan xatirələrinə çevrilib.

Ardını oxu...

Operativ qərargah yaradılıb...

Nesib_Quliyev.jpg

“Sumqayıtda uşaqlar arasında rotavirus infeksiyası yayılıb. Məlumat daxil olan kimi Səhiyyə Nazirliyində operativ qərargah yaradılıb və bu gün də fəaliyyət göstərir”.

Ardını oxu...

Energetika naziri Natiq Əliyev vəfat edib

N.Aliyev-09-06-2017.jpgTürkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.

Ardını oxu...

Bəzi saytlar bloklandı

Azadliq-qezeti.jpgBu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq” radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytları və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başa çatıb.

Ardını oxu...

Məmməd Əmin Rəsulzadə, yoxsa Heydər Əliyev?

Alqis MusayevAlqış HƏSƏNOĞLU

 

Mən sosial psixologiyanın əskidən qalmış ”Belə danışsam, belə etsəm – nə deyərlər” xofunu heç vaxt yaxına buraxmadım.

Hər zaman düşündüyümü ifadə etdim, yazdım və tərəddüd göstərmədən müvafiq addımlar atdım.

Prinsipial məqamlarda, həlledici siyasi dönəmlərdə seyrçi olmaq əxlaqıma və təbiətimə yaddır.

Söhbət fövqəladə ciddidir: Müxtəlif dövrlərdə, fərqli mühitdə fəaliyyət göstərmiş tarixi şəxsiyyətlərdən danışılır.

Ardını oxu...

Bacısı ondan imtina etdi - MÜRACİƏT

"Məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır"
"Mən, Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıyıq. Həyatımızda nə siyasi baxışlarımıza görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemlərimiz olmayıb". Bunu APA-ya təqdim etdiyi müraciətində hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Mirzəyevanın ( Osmanqızı) bacısı Lalə Hacıyeva qeyd edib.

Ardını oxu...

Xalq şairinin oğlu qətlə yetirilib

F-qoca-oglu.jpgXalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin qətlə yetirildiyi məlum olub.
Daxili İşlər Nazirliyi xəbər verir ki, martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonunun M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs birliyin üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

2 -dən səhifə 17

Əlaqəli xəbərlər