Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

Milli idarəetmə sistemləri ABŞ-ın hədəfində

sa1912201701.jpg"ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDBölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bildirib.
 O, MDB ölkələrinin siyasi rəqiblərinin tam gücü ilə Birlik ölkələri arasında əməkdaşlığın inkişafına maneə olduqlarını söyləyib: "Biz, bu gün bloklararası qarşıdurmanın daha çox odioz formasının şahidi oluruq. Siyasi rəqiblərimiz MDB ölkələri arasında işgüzar və ticarət əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsinə və tranzit imkanlarının inkişafına mane olur".

Əlaqəli xəbərlər