Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 10°C

Bakıda qar yağacaq,şaxta olacaq

Qar-Baki.jpgSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı keçəcəyi,qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntını intensivləşəcək.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz   0-2° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına  fevralın 13-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Əlaqəli xəbərlər