Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 10°C

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilb

Demiryolu_Idaresi.jpgAzərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

APA-nın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına və xanımına burada aparılan işlər barədə məlumat verib.
Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn və GPS izlənmə sistemləri tətbiq edilib. Binanın 280 nəfərlik müasir akt zalında bütün imkanlar yaradılıb. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların fotolarından ibarət guşələr də yaradılıb. Burada müasir yeməkxana da işçilərin ixtiyarına verilib.
Qeyd edilib ki, dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, su anbarları inşa edilib. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub.

Əlaqəli xəbərlər