Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

İntizam Komissiyası: Deputat adına yaraşmır

Milli Məclisin İntizam Komissiyasının bu gün iclası olub.
Komissiyanın sədri, deputat Ağacan Abıyev APA-ya bildirib ki, iclasda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib.

A. Şahverdiyevin iştirakı ilə keçirilən iclasda etdiyi hərəkətlərin ciddi səhv olduğu ona bildirilib, bunun deputat adına yaraşmadığı qeyd olunub. A. Şahverdiyev 9 nəfərlik komissiya üzvləri qarşısında üzr istəyib, mətbuatda da xalqdan üzr istəyəcəyi barədə öhdəlik götürüb: “İclasın son qərarı bu oldu ki, A. Şahverdiyev xalq qarşısında üzr istəsin, açıqlamalarında daha diqqətli olsun. Ona yazılı və şifahi heç bir xəbərdarlıq, töhmət elan edilmədi. Ona başqa nə cəza verək?"
Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.

Əlaqəli xəbərlər