Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq

“Ermənistan prezidenti Azərbaycanı hədələyib və deyib ki, hətta Bakını işğal edə bilər. Aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sərkisyan indi Moskvada özünə deşik tapıb, arxasında “İsgəndər” raketlərini hiss edir və bizi hədələyir”.
Musavat.com xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisin bugünkü iclasındakı çıxışında deyib.

O bildirib ki, Ermənistanın arxasında Rusiya dayanır: “Biz Qarabağ problemini ona görə çözə bilmirik ki, onu Moskva müdafiə edir. Bu, Azərbaycanla indiki münasibətlərin səviyyəsinə uyğun gəlmir. Mən həmişə Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olmuşam. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Rusiyaya Milli Məclis olaraq müraciət etməliyik ki, sən bizdən nə istəyirsən? Əgər Rusiya Ermənistana dəstək verəcəksə, biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rusca təhsil alır. Ancaq Rusiya işğalçını müdafiə edir. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini saxlamalıdır, ya da Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq”.

Əlaqəli xəbərlər