Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 33°C

Ziya Məmmədov Trampın inaqurasiyasında iştirak edəcək?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçilrilməsi  nəzərdə tutulan inaqurasiya mərasimində Azərbaycanı kim təmsil edə bilər?
Adının çəkilməsini istəməyən mənbə 28-may.az –a  bildirib ki, ölkəmiz adından bu tədbirdə nəqliyyat naziri Ziya Məmmədov iştirak edəcək. Hətta nazir yaxın ətrafına deyib ki, bu səfər ABŞ prezidentinin təşəbbüsü ilə baş tutacaq.

Mənbə qeyd edir ki, Donald Trampın nəqliyyat nazirinə şəxsi dəvət göndərəcəyi təqdirdə Azərbaycan hakimiyyəti çətin ki, fərqli seçim etmək barədə qərar qəbul edə bilsin.
Xatırladaq ki, bir neçə gün əvvəl nəqliyyat naziri mətbuata verdiyi müsahibəsində “bəli, Trampla  iş  birliyimiz var” deyə bildirmişdi. Bunun təsadüfi  olmadığını vurğulayan ekspert qeyd edir ki, açıqlamadakı əminlik intonasiyası özündə bir çox mətləbləri ifadə edir.

Əlaqəli xəbərlər