Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

Universitet işə götürmədi, qubernator oldu... bu təhqirdir

Bunu Rusiya prezidenti Vladimir Putin “Ukrayna od içində” filminin rejissoru Oliver Stounla söhbətdə deyib ki,“Mikheil Saakashvilinin Odessa vilayətinə qubernator təyin edilməsi odessalılar və Ukrayna xalqı üçün təhqirdir”.

Putin vurğulayıb ki,bu sadəcə odessalılar və Ukrayna xalqına tüpürməkdir, təhqirdir: "Ona hətta ABŞ-da belə iş vizası vermədilər.Onun işə girmək istədiyi universitet daimi işə götürmək istəmədi. Amma o, Odessanın qubernatoru ola bilər. Ukraynada bu vəzifəni icra edən peşəkar və layiqli adamlar yoxdur?”
Ukrayna prezidenti Petro Poroshenko 2015-ci ilin mayında Saakashvilini Odessa vilayətinə qubernator təyin edib və buna görə ona Ukrayna vətəndaşlığı verilib.
Hakimiyyəti korrupsiyada ittiham edən Saakashvili noyabrın 7-də  vəzifəsindən istefa verib və mübarizəni davam etdirmək üçün yeni siyasi hərəkat yaratdığını elan edib.