Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

Nazir rüşvət alarkən saxlanılıb

TASS-ın verdiyi xəbərdə deyilir ki,Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

Agentlik bildirir ki,  A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb.  Hazırda faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.

60 yaşlı Aleksey Ulyukayev 2000-2004-cü illərdə maliyyə nazirinin birinci müavini, 2004-2013-cü illərdə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini olub. 2013-cü il, iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışır. 

Əlaqəli xəbərlər