Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 12°C

Məhəmməd Naziki görən kimi pencəyini niyə soyunurdu...

milli bankBu tendesiya artıq   xroniki mahiyyət  daşıyır,- Mərkəzi  Bankın  sədri açıqlama  verəndən  dərhal  sonra  milli  valyutanın kursunda  kəskin  dönüş  baş  verir. Manat  üzü  aşağı  "üzür",  dollar  bahalaşır.
Bu  ziddiyət, Mərkəzi Bankin Sədri Elman Rüstəmovun çıxışları ilə manatın kursu və  əhalinin verdiyi  reaksiya arasındakı tərs mütənasiblik sübut edir ki,  məzənnənin  müəyyənləşməsində  iqtisadi  amillərlə  birlikdə  siyasi- psixoloji  faktor  həlledici təsirə malikdir.

Deməli, milli  valyutaya inamın  bərpa  olunması, manatın rahat və  əminliklə  "üzməsi"  üçün  iqtisadi  tədbirlər  yetərli  deyil  və gözlənilən  effekti  verməyəcək.
    Bu səbəbdən,  bu gün siyasi  addımların atılması   təxirə salınmaz  bir vəzifəyə  çevrilib.
   Yalnız qəbul  ediləcək siyasi   qərarlar vəziyyəti  müsbətə  doğru  dəyişə  bilər.
P.S. "Ulduz" filmində belə  bir  epizod  var. Məhəmməd Naziki  görən  kimi pencəyini, ayaqqabısını soyunur. Çünki  işini  bilir...
P.P.S. İlan  vuran ala  çatıdan  qorxar, deyiblər .Görünür elə ondandir ki, Elman  müəllim  danışan  kimi  camaat  işini bilib tədarükünü  qılmağa  başlayır...

 

Əlaqəli xəbərlər