Tarixçilərimiz Stepan Şaumyanın öldürülüb-öldürülmədiyi barədə yekdil rəyə gələ bilmirlər .
Fikir ayrılığının yaranması səbəbsiz deyil.Bəzi tarixçilər hesab edir ki,daşnak lideri Stepan Şaumyan 26 Bakı komissarları ilə eyni vaxtda - 1918-ci il sentyabrın 20-də güllələnib.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və onun rəhbərliyi isə hesab edir ki,Şaumyan Ağcaqum çölündə öldürülməyib.O, Hindistana gedib , uzun illər orda yaşayıb və elə orada dəfn edilib.
Maraqlıdır ki,Şaumyanin taleyində Hindistan "izi" haradan qaynaqlanıb? Bu ehtimal necə yaranıb?
Bakı komissarlarından biri- Alyoşa Çaparidzenin həyat yoldaşı,həmin hadisələrin canlı şahidi Varvara Çaparidzenin(1886-1952) əri haqqında xatirələri "şaumyan mövzusu " üçün yeni ipucu verə bilər.28-may.az V.Çaparidzenin 1979-cu ildə dərç olunmuş "Ürək unutmur " məqaləsindən bir hissəni təqdim edir.
Fevral inqilabından sonra , yayda partiya təşkilatıının qərarı ilə A.Çaparidze Bakıya göndərildi.
Biz də onunla köçdük.Bakıda mən yenidən pedaqoji işdə çalışır,partiyanın ayrı-ayrı tapşırıqlarını yerinə yetirirdim.Bakıda olduğumuz axırıncı ili xatıtlayiram və Alyoşanın həyatının hər günü gözlərim önündə canlanır.O,gərgin işləyirdi,xəstəliyinə baxmayaraq gecə - gündüz çalışırdı,onu evdə tapmaq olmurdu.
Fabriklərdə, mədənlərdə ,fəhlə yığıncaqlarında bolşeviklərin alovlu çıxışlarını eşidirdim.Bolşeviklər gələcək inqilabın böyük hadisələrinin mənasını və əhəmiyyətini sadə və anlaşıqlı tərzdə izah edirdilər.Onlar yorulmadan Bakı bolşevik təşkilatını bərpa etmək və möhkəımlətmək uğrunda mübarizə aparırdılar.Bütün çalarlardan və növlərdən olan opportunistləri və millətçiləri amansizcasına ifşa edirdilər.
Çaparidzenin 6-cı partiya qurulatayına getməsini xatırlayıram.Alyoşa oradan qurultayın qərarlarını Bakıda və Zaqafqaziyada həyata keçirmək əzmi ilə qayıtmışdı.... Hakimiyyətin ələ keçirilməsinə əməli hazırlıq.. Bakı qarnizonu uğrunda mübarizə.Petroqrad silahlı üsayanı haqqında ilk xəbərlər.Bakı bolşeviklərinin sevincinin həddi-hüdüdu yoxdur, onlar Petroqrad fəhlələrini və əsgərlərini alqışlayır və qarnizona müraciət edərək,yeni hakimiyyəti müdafiə etməyə çağırırdılar.Hakimiyyət Bakı sovetinin əlindədir.
Sovet hakimiyyəti özünün sosialist tədbirlərini ağır ərzaq böhranının, vətəndaş müharibəsinin məngənəsində həyata keçirirdi.Düşmənlər Bakının üstünə yeriyirdilər.Əksinqilab (menşeviklər,müsavatçılar, daşnaklar, eserlər) imperalistlərin və birinci növbədə ingilislərin köməyi sayəsində qələbə çaldı.
Bakı kommunası süqut etdi.
Bakı kommunasının süqutundan sonra Bakı komissarlarının ailələri ilə birlikdə mən də uşaqları götürüb Həştərxana getdim.
Bakı komissarlarının həbsə alınması xəbəri buraya gəlib çatdıqda Həştərxan partiya təşkilatının tapşırığıyla Fioletov yoldaşın arvadı İ.O. Fioletova ilə birlikdə həbsə alınan yoldaşlara pul vermək və onlarla əlaqə yaratmaq üçün Bakıya yola düşdük.
Sahilə qədəm basmağa macal tapmamış məni yaxaladılar.Bir neçə saatdan sonra məni buraxdılar.Mən yalnız bu zaman görüşə izazə aldım və yastığın içinə tikilmiş pulları vermək imkanı əldə etdim.Türklər Bakıya gələnədək mən həbsdəki yoldaşlar üçün yemək aparır,onlarla azadlıqda olan yoldaşlar arasında əlaqə yaradırdım.
Azadlıqda olan bolşevik yoldaşlar türklərin gəlişi ərəfəsində Bakı komissarlarının azad edilməsinə nail oldular.Biz gəmiyə əyləşib Həştərxana yola düşdük.Lakin yolda komanda xəyanət etdi və bizi Krasnovadksa gətirdilər. Sahildə İngilis zirehli qatarı dayanmışdı.
Krasnovadsk limanında Bakı komissarlarını, həmin gəmidə gedən bir qrup bolşeviki, o cümlədən Mikoyan yoldaşı, Şaumyan yoldaşın uşaqlarını və məni,cəmi 35 nəfəri həbs etdilər.Bizim hamımızı bir neçə sutka Krasnavodsk həbsxanasının kameralarında saxladılar: yaxın gecələrin birində bizim qadınlar kamerasının qapısı döyüldü.Həbsxana xidmətçilərindən birinin arvadı bizə xəbərdarlıq etdi ki,kişilərin kamerasından bəzi yoldaşları çıxarıb aparırlar.
Bizə dedilər ki,yoldaşlarınızı Hindistana göndərirlər.Biz bu xəbərə inanmadıq.Lakin bir neçə gün sonra törədiləcək cinayəti də ağlımıza gətirmirdik.
Bir neçə-gün sonra öyrəndik ki, ingilis-eser cəlladlar Bakı komissarlarını 1918-ci il sentabrin 20-sinə keçən kecə güllələmişlər.
Bizi, sağ qalanları Krasnavodskdan apardılar,bir neçə ay bu şəhərdən o şəhərə göndərdilər.Aşqabadda bizi altı ay saxladılar.
Bakı fəhlələrinin tələbi ilə bizi azad etdilər və biz Bakıya yola düşdük...