Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 20°C

Yük maşınının sürücüsü Heydər Əliyevə nə demışdı?

 H_A.jpg Əliyevi  hakimiyyətdən uzaqlaşdırmaq üçün göstərilən yöndəmsiz   cəhdlər yalnız Əliyevi  hakimiyyətə  yaxınlaşdırırdı.
    Bakıda onu  qeydiyyata  götürməkdın  imtina edilməsi, əlbəttə, Heydər  Əliyevə  ağır  bir  yara  vurdu.Bu yara  hələ  uzun  müddət sızlamış və  qaysaq bağlamamışdı .Şəhərdə nəhəng tikinti işlərində bu qədər  qüvvə və vaxt sərf  etmış, şəhərin yenidən qurlumasınının  təşəbbüsçüsü  olmuş, üstəlik, bu  yenidənqurmanın  planını Moskvada saysız - hesabsız nazirliklərdə  bəyəndirmək  üçün olmazın  əziyyətlər çəkmiş  bir  çəxsin  ən kiçik  mənzildə  belə  yaşamağına razılıq verməmişdilər.Şəhərin on mikraaroyununda və Əhmədli adlanan cox  böyük yaşayış  massivində onun  üçün  mənzil  tapılmamışdı.

   İnsan qədirbilməz  məxluqdur.Xüsusən kənardan süni  şəkildə  qızışdıranlar  olanda bu  qədirbilməzlik heç  bir  sərhəd  tanımır.Bakıda  yaşamasından imtina  edilməsi  qəlbini  nə qədər  ağrıtsa da, vaxtilə şəhərdə  tkintidə  eşitdiyi bir  söhbəti   yadına salıb özünü  ələ  aldı.
  Paytaxtın baş küçəsi təmir  olunurdu. Yükünü  özüboşaldan  maşınların  biri gedib  o  biri  gəlirdi.Qumu, çınqılı böşaldıb tez  qayıdırdılar.Bir müddət  Heydər  Əliyev ahəngdar , sahmanlı  işi könül  xoşluğu  ilə  seyr  etdi.
  Sürcülərdən  birinə  yaxınlaşdı .Digərlərindən  fərqlı  olaraq ,o, kefsiz  görünürdü.
-Nəsə  olub?-Heydər  Əliyev  maraqlandı.
-Yox, hər  şey  qaydasındadır.
-Bəs  niyə  qaşqabağını  tökmüsən?
-Fikirləşirəm ki,küçənin tikintisini qurtaracağıq, gətirib nişan qoyacaqlar ki, yük  maşınlarının  girməsi  qadağandır.Əziyyəti  biz  çəkəcəyik, burada  maşını  başqaları  sürəcək.
  Onda Əliyev gülmüşdü.O vaxtdan neçə il keçib, amma bu epizod möhkəm  yadında  qalıb.O da şəhəri və respublikanı tikib, onun da qarşısına qadağan  nışanı  qoyublar:giriş qadağandır.Özünə təskinlik  verirdi:birinci  adam  deyildi  ki,zəhmətinin  bəhrəsini  görməyə  qoymurlar.Nə  etmək  olar?Həyatı  necə  var  o  cür  qəbul etmək lazımdır.

"Heydər Əliyev: tale  yolları"  "Azərbaycan" nəşriyyatı, 2007. səh.157-158.

Əlaqəli xəbərlər