Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 21°C

Bəxtiyar Vahabzadə: Katiblə görüşdüm , ətim ürpəşdı ...

Bextiyar_VAhabzade.jpg28-may.az Xalq Şairi Bəxtiyar Vahabzədənin körkəmli azərbaycan  ziyalısı, ədəbiyyatşünas alim,professor İmamverdi Əbilova yazdığı məktublardan bir-neçəsini təqdim  edir.  

    Hörmətli  qardaşım  İmammverdi!
    Salam!  Əmanəti  aldım.Çox sağ  ol.Çox-çox vacib idi, vaxtında gəldi.Olduqca  xoşuma  gəldi.Ona görə yox ki, tərifdir.Ona görə ki, məsələlərə  düzgün və elmi yanaşmısan.Çox sağ ol . Təşəkkür. Demək sənin müdafiən bu il də qaldı.Qorxuram tənbəlliyin yenə güc  gələ.Bakıya  gələcəksənmi? Səninlə  dərdləşməyə  böyük  ehtiyacım  var.Axır  vaxtlar  Xudu  olmasaydı  mən  bilmirəm  neynərdim.Xudu  şairliyə  başlayıb, xahiş  edirəm  ona  məktub yaz.Şerindən  bir  nümunə  yazıram:
          Consona  məktub.
       Sən  atanın  ombası
       Atma  atom  bombası.
       Yaxud  "Bakı"  haqqında:
       Divarların  dilik-dilik
       Çüşka  alır  səndə  bilik.
      Traktor  haqqında:
      Təkərləri  halqa-halqa,
      Xeyir verir bizim xalqa.
   Əgər  Xudunun adresi səndə  varsa onu  təbrik  elə.Yaz ki,  bu  minvalla 3  ilə  sənə  xalq  şairi adı verərlər.Bizdən ev əhlinə  salam  söylə.
Hörmətlə :Bəxtiyar  Vahabzadə.
  06may 1968 il

   Hörmətli  İmamverdi!
Salam  . Avtoreferatı  aldım.Çox  sağ  ol  .Akademiya  seşkiləri  gümansız  işdir.Elə- belə  mən  də  ümidsiz  iştirak  etməli  oldum.
Lənkəranda  məhsul  bayramında  idim.Sizin  köhnə  katiblə  görüşdüm ,  ətim  ürpəşdi.İnsan  nə  qədər  eşşək  ola  bilərsə ,  o  qədər  eşşəkdir. Dedim  heyvanına şükür.Allah!  Belə  adamaoxşar uzunqulaqları harda  yetirirsən?
Bir  qədər  nasazlamışam,  müalicədəyəm. Daha  qocalmışam.İşləyə  də  bilmirəm .  Sən  necəsən? Bəlkə  bir-iki günlüyə  gəldim  Neftçalaya . Dəqiq  gəlib- gəlməyəcəyimi  indidən  deyə  bilmərəm.
Allah  axırımızı  xeyir  eləsin
16  yanvar 1980-ci  il.

     Əzizim  İmamverdi!
Salam!Məktubunu  aldım,  giley - güzarın  yeridir.Ancaq  bir  şeyi  bilməlisən ki,  mən  son  1  ildə  Bakıda  az oluram.Tüpürmüşəm  hər  şeyə . Yorulmuşam, bezmişəm  ,  qiyabiyə  keçmişəm.İldə iki dəfə qiyabiçilərə  dərs  deməklə  dərs  yükümü  boşaldıram.Başımda ağrılar,  ürəyimdə  sancılar  başlayıb.İlin  çx  vaxtını  şəkidə  oluram.Orda bir daxma tikdirmək istəyirəm.  Əbədi-ömrüm olduqca(qalan  ömrümü) rayonda  yaşamaq  fikirindəyəm.Bunu söz  eləməsələr  ,  barmaqlarına  dolamasalar  yaxşıdır.Əziz qardaş, ürək  boğşa  deyil  açım  səni  də  narahat  eləyim.Qoymurlar. Kim?Özümüzünkülər.Biz  millət  deyilik  , zillətik  ,tayfayıq , qəbiləyik  nə  bilim  nəyik.Sabir  demişkən  biz "şeyi  əcibik", əcayib  şeyik.Sən  bilirsən ki,  binada  heç kimin  qapısını  açmıram.Heç  kəslə , yazıçı  tayfasıyla  get - gəlim yoxdur."Salam"dan  başqa.İndi  də  çıxarıblar  ki, mənim  ağlım  axışıb,   rayona  qaşmışam .Bu  vəziyyətdə  sənə  məktub  yazmaq  istəmədim.Sabah  Moskvaya  gedirəm. 10-15  günə  qayıdiram.Məndən  ev  əhlinə  salam söylə.
Hörmətlə  Bəxtiyar  Vahabzadə     05  may 1973.
Məktublar "Omrün  və  elmin  romantikası" kitabından  götürülüb

Əlaqəli xəbərlər