Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 25°C

"Bir sürü doktor və namizədimiz olduğu halda..."

Eziz_Ser_Abbas_zamanov.jpgFiloloq alim, tərcüməçi Əziz Şərif filoloq alim, tərcüməçi Abbas Zamanova 1968-ci ildə yazdığı məktubda deyir:

...Çalış, əzizim. Bizə nə qalsa, vicdanla çalışmaqdan qalacaq, bizi də çox yaşadacaq.

Mədəniyyətimizin divarına qoyduğumuz hər bir kərpiç bizə fərəh verəcək ki, bu da ömrümüzü uzadacaq.

Yüz yaşına qədər biz nə qədər iş görə biləcəyik... Biz çalışmalıyıq ki, bugünkü fəaliyyətimizdə gözüaçıq olaq, elə hərəkət edək ki, bizdən sonra gələnlər illər uzunu bizi yada salıb ha deməsinlər: Ölülər, ölülər!

Bəli, əzizim!
Sən akademiya prezidumunun qərarını mənə göndərmişdin. Azərbaycanın Nizami muzeyi haqqında qərarını. Bu qərar hansı dildə yazılmışdır?


Bu gün biz öz mənliyimizi anlamamışıqsa, bütün parlaq keçmişimiz bizə haram olsun. Biz onlara layiq övlad deyilik. Çünki heç kəs bizi öz dilimizi unutmağa məcbur eləmir. Biz özümüz, öz xoşluğumuzla, öz iradəmizlə mənliyimizi heçə veririk. Çünki biz "ölülərik!" Dərd burasındadır. Milli faciə burasındadır...Gürcü akademiyası, erməni, Ukrayna, belarus, Litva, Latviya və sair milli akademiyalarının heç biri öz qərarını başqa dildə, hətta Puşkin və Lenin dilində yazmazdı, çünki hər millətin öz dili var, xalq dili var...

Biz hələ Hacı Həsən donundan çıxmamışıq, aramızda zırramalar istədiyin qədərdir, bir sürü doktor və namizədimiz olduğu halda alimimiz az, çox azdır. Bu, həqiqətdir. Bunu anlamayınca, biz ayılmayacaq, gözümüzü açmayacaq, irəli bir addım da atmayacağıq. Mən mübaliğə etmirəm. Bu, həqiqətən belədir.

Bircə misalla səni inandıra bilərəm, çoxmillətli sovet ədəbiyyatının Moskvada çap olunan tarixindəki səhifələrə bax. Bu tarixin 1932-1941-ci illərə aid səhifələrini hesabla. Bu dövrdə Azərbaycan ədəbiyyatı qaynar həyat keçirirdi: Cabbarlı, Cavid, Mir Cəlal, Süleyman Rüstəm, Vurğun, Mirzə, Mehdi, S. Rəhimov, S. Rəhman, Əbulhəsən...

Bu dövrə tarixdə 15-cə səhifə yer verilmişdir. Erməni ədəbiyyatına isə (yenə bu dövrə) 45 (üçqat artıq) və gürcü ədəbiyyatına 51 səhifə yer verilmişdir.

Niyə belə olub? Ona görə ki, Nizami adına Ədəbiyyat Institutu 15 səhifədən artıq yazmaq istəməyib. Tənbəlləşib. Nəticədə isə bizim zəngin ədəbiyyatımız yoxsul göstərilib.

23 iyul 1968

"Azərbaycan" jurnalı

    azadlıq.org

Əlaqəli xəbərlər