Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 10°C

Heç kimin yanında nə gəzdirdiyini bilmək omur...

Alqis HAlqış HƏSƏNOĞLU

Neçə  müddətdir  ki,icra strukturundkı mərkəzi  orqanın  rəhbərləri rayonlara intensiv  səfərlər edir.
     Rayon  sakinləri  ilə  görüşlər təşkil olunur, problemi  olan  vətəndaşlar  qəbul  edilir.Və cox yaxşıdır ki, bu proses  davamlı hal  alıb.
     Artıq 2016-cı ildəki növbəti - mart ayında şəhər və rayonlarda keçirələcək  qəbulların vaxtı açıqlanıb.Bu cox   lazımlı  və  vacib  bir işdir. Belə  addımlar təqdimatsız-filansiz, qeydsiz-şərtsiz təqdir  edilməlidir.
    Deyim  ki ,səlahiyyətət  sahibli olan  şəhərli   "qonaqların " əyalət  adamları  ilə bu cür davranışı,  nazir- kəndli  dialoqu coxaspektli və  müsbət  nəticələr doğura  bilər.
     Məmur-vətəndaş ünsiyyətinin bu forması, hər şeydən öncə, profilaktik əhəmiyyət  kəsb  edir.
     Adama qulaq asmaq,başa düşülmək izahedilməz bir  övqat yaradır:
     Vətəndaş görür ki, onu dinləyirlər,dərdini  paylaşırlar, üzləşdiyi  çətinliyin, qarşılaşdığı problemin  nədən  ibarət  olduğu ilə  yüksək  səviyyədə  maraqlanırlar. Və o  saatca kəndli  abir- həyası dediyimiz bir  alicənablıq  işə  düşür,şikayətçinin hirsi-hikkəsi  ötüb  keçir.
      Sualına dərhal və yerində konkret cavab tapmasa belə ümidlənir.
      İçindəki  giley - güzar isə  aqressiv  xılta, siyasi   enerjiyə keçmədən  "buxarlanır"  .
      Yekunda , ona fikir  verilmədiynə  görə  çəkicini  çıxaran  kondensioner  ustasından ,  idmançı -fəhlədən  fərqli  olaraq, nazirini  komitə  sədrini  qarşısında onun "xidmətçisi "statusunda görən   kəndli öz  orağına ( yaxud  yabasına , dırmığına) əl  atmağa  heç  bir  ehtiyac  görmür.
      Və oraqla  çəkicin  birləşmə  ehtimalını və bu  ehtimalı siyasi  perspektiv  kimi  arzulayan neçə - neçə - bədxahı,  xaini ,satqını , cildini  dəyişmiş  bürokratı neytrallaşdırır
       Xüsusü vurğülanmalıdir  ki,bu-ilin  günün  belə qarmaqarışıq  vədəsində əldə  oluna biləcək  cox böyük müvəffəqiyyət hesab olunmalıdır.
       (Yeri  gəlmişkən , "çəkicli " adam  haqqında bir-neçə  kəlmə:əslində o, gərəkli  bir  peşənin   sahibidir, evlərimizə təmiz  hava  yayan məişət  cıhazini  təmir  eləyir.
      Sadəcə  olaraq,  yüngül bir kobudluq  onu cəmiyyətimizə, həm də evimizə,  eşiyimizə  
"polis maşınınını   əzmək"  kimi  cox  pis  nümunə  yaymaq  həddinə  gətirib  çıxardı. Xeyrxah usta  ziyanlı şəxs oldu.
      Şübhəsiz  ki, o  cəzasını  çəkməlidir.
      Eyni  zamanda bu  qeyri- adi " çəkic  aktını" ibrət  dərsinə, düşünüb - daşınma aktına yönləndirməyin məqamıdır.
      Deməli ,heç kimə , heç  kimin sorğusuna, müraciətinə   etinasiz qalmaq olmaz.
     Əks təqdirdə , kimin cibində , yaninda nə  gəzdirdiyini , başında   hansı  düşüncəni  daşıdğını, kimin qəlbində  hansı hissləri bəslədiyini  proqnazlaşdırmaq müşkülə  cevriləcək.)
      Qeyd  etdiyim  kimi,"nazir - kəndli"  anlaşmasının cox  aspektli təsiri  idarəçiliyin  özünə  də yeni  məzmün təlqin  edə  bilər.
      Təbii  ki,  rayona  gələn  rəhbər  sözün  müstəqim  və  birbaşa  mənasında havasını dəyişib, problemləri həll etmə tərzini  yeniləməyə  məhkumdur.
      Mən  bu  cür  "havadəişmə"lərin siyasi düşüncədə köklü, kamilliyə tərəf  dəyişmələrə transfer olunacağına inanmaq istəyirəm.
      Ancaq  belə vətəndaş qəbulları  haqqında ziddiyyətli və  gerçəyə  bənzəyən məlumatlar  da eşidirik .   
      Aydındır ki, vətəndaşların qaldırdıqları problemlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır. Təəsüf  ki, bir  sira  icra  başçıları bu əsas və düzgün  prinsipə  "yaradıçı"  yanaşırlar.
      Nə  baş  verir?
      Məsələn,tutaq  ki, kənd  təsərrü
fatı naziri  gəlir .
      Onunla  görüşə, həmin nazirin səlahiyətlər  dairəsinə dəxli  və aidiyyəti  olmayan  müəllimələri , həkimləri  gətirirlər.
      Təhsil naziri  gəlirsə, onun  qəbuluna   kənd  təsərrrfatı  işcilərini  dəvət  edirlər.
      Bu prezident  tərəfindən  irəli  sürülmüş  sağlam  təşəbbüsə  birbaşa  qəsddir.Bu  ideyanı  beşiyində  boğmaqdır.
      Əgər  bu  faktlar  varsa,  bu heç də   təkcə  icra  başcısının  təxəyyülündən qaynaqlanan bir fəndə  oxşamır.
      Görünür,   daha çox qəbul kecirməyə gələn nazirlə, komitə  rəhbəri  ilə  gəbulu  təşkil  edən icra  başçısı arasindakı sövdələşmənin  məhsuludur.
      Sual  yaranır: Bəs  nə  etməli?
      Mənim cavabım belədir. Mətbuat, televiziya bu  prosesə qoşulmalıdir.
      Amma, kiv -lərin iştirakı" televiziya  çəkdi  göstərdi"," qəzet  informativ bir  yazı  verdi",- bəsdi deyə  məhdudlaşmamalıdır.
     Bu  qəbullarda   səsləndirilən məsələlər ictimailəşməlidir, vətəndaş  hansı  problemi qaldirdi və  onu necə  həll etdilər və  ya  niyə  həll etmək  mümkün  deyil , bu  mətbuat  səhifəlrndə əks  olunmalıdır.
     Belə  olsa " filankəs  qabaq  qapıdan  girib dal qapıdan  qaçdı" kimi  ittihamlar  da səslənmyəcək.
     Əgər  qəbul və  kiv   bir  yerdə  yola gedə bilmirlərsə, kiv-lər  bu" proseduru"  birtərəfli  qaydada həyata  keçirə  bilər.
     Yetər  ki, Dövlət  televiziyası,  mərkəzi  mətbuat   qapılarını  ərıizə və şikayətlərin, problemlərin üzünə açsin.
 Özü  də  taybatay.
    Mən son bir neçə-ildə  rəsmi mətbuatda  nəinki icra  başçısını hətta  ən xirda bir məmuru tənqid  edən bircə  cümləyə  belə rast  gəlməmişəm.
    Səhvimizi  birinci  özümüz  deməliyik, yazmalı  və  göstərməliyik.
    Unutmayaq  ki,belə  etməyəndə  qarşı  tərəfə  hücum  etmək  üşün  hazır  tezislər  bağışlayırıq...