Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

TULA PAYI-BİR NEÇƏ DEPUTAT MANDATI..

Elmar HElmar HÜSEYNOV

Miskinlik nə olan şeydur?
Milli  Məclis Deputatlarının "Susun bir  qab  yal  üçün sümsünən  küçüklər"demələri üçun uyğun  məqam  güdmələri? Ya bəlkə...

Bəzi  ixtisarlarla təqdim  etdiyimiz   bu  məqalə "Monitor"  jürnalının  2002-ci il iyul  buraxılışında  "AXCP-nin  parıltısı  və  zarıltısi" adı ilə  dərc  olunub. Sual  oluna  bilər ki, 14  il  əvvəlki məqalənin  təkrar  yayımında  məqsəd  nədir?
Bu gün "AXCP  ilə  YAP  iqtidarı nə vaxtsa  əməkdaşlıq edibmi?"   sualı   yenidən  aktuallaşıb və  mövzu ətrafinda çəkişmələr gedir,   qarşiliqlı ittihamlar səslənir.
Burada   qərəz  və həqiqət  payı  nə  qədərdir? Dəqiq  cavab  vermək  çətindir. Cünki hər  iki  tərəf siyasiləşmiş mövqeni  ifadə  edir.  Bizim  müraciət  edtdiyimiz  mənbə isə  heç  bir  tərəfə  rəğbət  bəsləməyən, hətta hakimiyyətə  qarşı  daha   barışmaz  , sərt  mövqeyi  ilə seçilən  mərhum  yurnalist,  " Monitor"  jurnalının  baş redaktoru  Elmar  Hüseynovdur.
20 il   əvvəl parlament  seçkilərində AXCP - ilə iqtidar  arasında  nə  baş verib? Əməkdaşlıq, sövdələşmə  olubmu?
 "Monitor"  yurnalının baş redaktoru   bu  mövzuyla  bağlı nə  yazırdı?

Qeyd  edək  ki, məqalədə olduqca  kəskin  və  bəzən   təhqiramiz  ifadələrə  yol  verilib.Amma  bu  mərhum və istedadlı yurnalistın üslübu idi  ..
Məqalə  Xalq  Cəbhəsinin tarixinə kiçik  arayışla  başlayır.Qeyd  olunur ki, cəmiyyət  həyatında  aktiv  iştirak  edən kütləvi  siyasi  təşkilatlardan   heç  biri AXCP qədər diskussiyalar  doğurmayıb. Bu  da onunla  əsaslandırilir ki,Elçibəyin  ölümündən  sonra  xalq  cəbhəsinin  daxilində  başlayan  proses bu  gün  də  davam  etməkdədir  və partiyanın  özündən  çox  bütün  hərakatı  iflic  edib.Cəhhənin  dağılması  Elçibəyin  siyasi  irsinin taleyi  ilə bağlı  məsuliyyət  daşıyan adamların ünvanına açıq və  müəyyən  qədər də haqlı ittihamlarla sonuclandı.
Məqalədə   eks  prezidentin  irsi  haqqında danışarkən  ilk  növbədə  cəbhəçi  ənənəllərin  yeni siyasi  təşkilat -  1995  ci  ildə yaradılmış  Xalq  cəbhəsi  partiyası  vasitəsilə qorunması  və  inkişaf  etdirilməsinin  nəzərdə tutulduğu  qeyd  olunur.Odur  ki, məhz  bu  təşkilatın   parıltisi  və  zarıltısinin  məqalədə  prioritet  olduğu  oxücüların  diqqətinə çatdırilir.
"Əksinqilabdan  doğulanlar "  başlığı  altında qeyd  olunur  ki,öz tarixii  boyunca xalq  cəbhəsi  iki enmə dövrü  yaşayıb: yanvar  hadisəsindən  sonrakı və Heydər  Əliyevin  hakimiyyətə  gəlməsindən  sonrakı  dövr."
Və hər  ikisində də  hərakatın  mövqeləri  darmadağın  olmuşdu.Preziden  Elçibəyin  qaçışı -məhz  bu , hər  bir  cəbhəçı  üçün  biabırçı  damğa olub hərəkatın çöküşünə yol  açdı.
Öz istefasından bir  neçə ay  əvvəl Elçibəy  Əli  Kərimlini  populyarlaşdırmağa  başladı .  Həmin məqamda  çəbhənin başına  gələcək  müsibətləri  Elçibəy  təsəvvür edirdimi? Bu  haqda ehtimal etmək qalır.
     Müəllif "mason  lojasinin    parıltısı " adı  altında Əli  kərimlinin ətrafından  bəhs  edir. Qeyd  olunur  ki,həmin  vaxtlar ölkə  mətbuatı AXCP  rəhbərliyində  gizli  adı  "yurd"  olan  və  özü  də hakimiyyətlə    six  əlaqəsi  olan hansisa  sirli  bir  qüvvə  haqqında  yazırdı.Qeyd  etmək lazımdır  ki, tələbə hərəkatının  bir  cox  o  vaxtki  liderləri - Q.  həsənquliyev, artıq  üzə çixmış  F.Qəzənfəroğlu , A.Mollazadə  F. Mustafayev  və  başqaları yeni  rəhbərlikdə  öz  mövqelərini  bərkitməyə  başladılar.
     Əli  Kərimlinin ətrafında  birləşən  yeni  cəbhəçi  nəsli sanki  mason  lojasina  bənzər sirli  cəmiyyətə  oxşayırdı.Hər  halda  Əli  Kərimli  belə  təşkilatın  olmasını  hamının  yanında  inkar  edirdi. Amma  sonra  məlum  oldu ki,belə bir  təşkilat  doğrudn  da  mövcud  olub.Və  onda  digər müxalif  partiyaların  da  iştirakı  ilə Əli  Kərimli öz  "mason  lojası " ilə  birlikdə hakimiyyətlə  separat  danışıqlarda  və razılıqda  ittiham  olundu.
     Hətta  Elçibəyin böyük  siyasi  ağuşa  dönməsinin  cəbhədəki  vəziyyəti  xilas  etmədiyi  xüsusilə  vurğulanır.Sədrin  öz  birinci  müavinin  müdafiəsinə qalxdığı və  "mason loyasının"  iradəsilə  hərəkət  etdiyi   diqqətə  çatdirilir.
    "Yurdçü  masonlar"  siyasi  riyakarlığı  udaraq  hakimiyyıtlə əməkdaşlığın  mümkünlüyü  haqqında daha  bərkdən  danışmağa  üstünlük verdilər.
     Müxalifət  qalıqları Əli Kərimlini  tamam- kamal satqınlıqda  ittiham etdilər.Keçmiş müxalifıt  mətbuatı  isə   özünə inamlı  Əli Kərimlini  və  ətrafıni  təhqirəmiz tənqidə  tutdular. Bu  parçalanmanin  başlanğıcı  idi . Elçibəy  heç  nə  olmayıbmış kimi  susurdu,deyə  məqalədə  bildirilir.
    Daha  sonra,  məqalədə  qeyd  olunur  ki,  mahiyyətcə Elçibəyin  ölümü  cəbhəçi  liderlərin  və AXCP  dəki  sualtı  mərcan  qayalarin  qarşidurmasinı  aşkarladı.O  vaxta  qədər  Əli  Kərimlinin tərəfdaslarının  bir  qismi  öz  iderinin  hakimiyyətə  loyallıqda  cox  irəli  getdiyini  anlayaraq  tələm  tələsik  "mason  lojasını"  tərk  etdilər və radikal  müxalifətə, keçmış liderin yanina  qayıtdılar.M. Fəttayevin  qrupu  ilə  birləşərək  partiyanın  parçalanması  istiqamətini  seçdilər.
    Məqalədə o da  qeyd  olunur  ki,   bütün  bu  proseslər Əli  Kərimliyə  qarşı   neqativ  yüklənmiş  protesci  elektoratın  fikrinə də təsir  etdi , bu  isə  parlament  seçkilərindəki  məğlubiyyətlə  ifadə  olundu.Əli  Kərimlinin  AXCP-  si  5 faizlik  baryeri  aşa  bilmədi  və  bununla  da tənqidin  haqlı  gülləboranina  rast  gəldi. Amma Əli  kərimli növbəti tula  payindan - bir neçə  depuat  mandatından yaralanmaq  imkanıni qaçırmaq  istəmir..
    Siyasi cəhətdən müflisləşmiş yurdun lideri  çətin seçim qarşısında  qaldı-tula  payından imtina etmək  və sistemdən kənar da  qalmaq ( bu  isə müxalifətllə  qanlı  mübarizə  zamanı  bütünlüklə izolyasiya  deməkdir) yaxud raziliq siyasətini davam  etdirmək və sistəmin içində  olmaq.
     Müxalifətin üz  çevirdiyi  Əli  Kərimli miskinliyə  gedən  yolun  davamını  da  seçdi.
   Görünür  islahatçıların  lideri xalqımızın  yaddaşizlığına  və  əzabkeşliyinə  ümid bəsləyirdi.Amma " miskin  lider " iztirab  hissi  doğurmurdu..
     "Bir  dəfə  satdınsa " başlığı  altında iliyinəcən  praqmatik Əli Kərimlinin   perspektivin  saxlanması  naminə keçmişini  yumalı  olduğu vurğulanır. Zamanıın  özü onu  bu  cürə  risqli  addım  atmağa  sövq  etdi.  O  dörd  ildir  ki,siyasi  meyit  olan  Etibar  Məmmədovla birləşmək yoluna  qədəm qoydu.
     Amma  bu  dəfə  də  xəyanət  etdi-  bu  dəfə  hakimiyyətə. Amma  cənab hakimiiyət  belə şeyləri  heç  kimə  bağışlamır.
Əli  kərimli  dörd  ildir ki  hakimiyyətin  siyasi  meyidə çevirdiyi   Etibar  Məmmədovla  birləşməyə  qərar  verdi.Prezident  onun qoyduğu  qaydaları pozanları  yumşaq  desək  xoşlamır. E. Məmmədov  1998 ci  il də  prezident seçkilərində öz  oyununu  oynmağa  qərar  vedi və  bunun  əvəzini  artıqlaması  ilə ödədi .Əli  kərimli  bu  həqiqəti  başa  düşmədən  AMİP-lə  birlik  yolunu  seçdi. Və  hətta  Etibar  Məmmədovu  prezident  görmək istəyini  dilə  gətirdi.
     Heydər  Əliyev  bu  halda  təklif  edilmiş oyun  qaydalarından  imtina  edən satqınlığı  bağışlamadı.
     İslahatçı  AXCP liderinə çevrilmiş keçmiş yurd  lideri  özünü  nə hesab  edir.? Və  müxalifətin  zərbəsindən  özünə  gəlməmiş  Əli  kərimli  hakimiyyətin zərbəsinə  məruz  qaldı.
     Q  əməliyyatı  və  başqa  sərgüzəştlər.
   Əli kərimli özünün  ən  yaxın  dostu  və silahdaşından , çətin  və taleyüklü  günlərində özü  qədər  etibar  etdiyi,  bir  vaxt  irəli  çəkdiyi  keçmiş  köməkşisindən ağır  və  arxadan  zərbə alır.
     Əli krəimli  uzun  müddət  susdu və  nəhayət  başa  düşdü ki,  düyün açılır. Bu dəfə  qumbaranı laçınlı səhra  komandiri  Airif  Paşa  atdı, o  da  Həsənquliyevə  qoşuldu. Burda  artıq  naxçıvan  köklərindən  danışmaq  mümkün  deyildi.
     Paşayev  qrupunun  gedişi  Əli  Kərimliyə  sonuncu  zərbəni  vurub sonu  şərtləndirdi.
    İndi  o  öz  yaxın  ətrafindan  şübhələnir, indi  o  Əliməmməd  Nuriyevə  daha  cox  oxşayan  öz  kölgəsinə belə  inanmır.
   Bir vaxtlar  sirlər  pərdəsinə  bürünmüş cəbhəçilərin  taleyini  həll  edən  əli  kərimlinin  əvvəlki  inamından  nə  qalıb? Özünüz  deyin.
    Parıltıdan  zarılıtıya  gedən yol  cox  ağırdır.  Siyasətçi  üçün  miskinlik  nə  olan  şeydir.? Bəlkə  Milli  Məclis deputatlarının  ona   və  onun  fraksiyasından  olan deputatlara  "susun bir qab  yal  üçün  sümsünən  küçüklər " demək  üçün  uyğun  məqamı  güdmələri?
   Ya bəlkə  bəzi  deputatların  ona  zənginliyə - avtomobillərə ,cangüdənlərə əla  mənzilə  olan  sevgisini  xatirlatmaları?
   Hə bu  siyasi  miskinlikdir.
   O  adamı  həyatın  dibinə  salır şərəf  və  ləyaqətdən  mərhum  edir. Coxları  hesab edir ki, praqmatizm  və  dönməz  hakimiyyət  ehtirası  dirçəlməyə aparır.
    Amma  nəyin  dirçəlişinə?
    İnsan  ömrü  boyu həyati  təminatlara can  atdı və ona  nail  oldu.Amma  bundan sonra  onun  qarşısinda siyasətçi  miskinliyinə  gedən yolun qapıları açıldı.
   Bəlkə  heç  parılti  da,   bərq  də olmayıb. Atalarımız  deyib ki,  hər  bərq  vuran  qızıl  deyil.
   Bağışla  və  bizi  hifz  et  , allah. Prıltidan  da  zarıltidan  da..

Monitor"  jürnalı,  2002-ci il, iyul

Əlaqəli xəbərlər