Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 20°C

Elə erməni yazmaq kifayətdir

vusale memmedovaVüsalə MƏMMƏDOVA

Dostlar, şad xəbərlər eşidirik, mutluyuq, həyəcanlıyıq... illərdi xəcalətdən bir-birimizin üzünə baxa bilmirdik deyə, sözümüz bir-birimizin boğazından keçmirdi, hamımız düşmən idik, aqresiya saçırdıq, bir-birimizi qırmağa hazır idik və s.

İndi son günlərin sevinci bizi təzədən millətə çevirib, hamı kin-kidurəti unudub... Bu, çox yaxşıdır. Amma! Öyrətmək olmasın, nə dediyimizə, nə yazdığımıza fikir verək! Ermənilər haqda it, qurd, gəbərmək... hətta yazılması etik olmayan kəlmələr yazmaq doğru deyil.

Əgər tariximizi bilirsinizsə, yəqin ki, razılaşarsız - təkcə son 25 ildə ermənilərin bizim xalqın başına gətirdiyini saydığınız heyvanın heç biri eləməzdi... Elə erməni yazmaq kifayətdir...

Bu qədər iş görülür, qan axır, ömürlər yarıda kəsilir, özünüzə hakim olun. Görülən işə hərəmiz öz qüvvəmizlə dəstək olmalıyıq. Bir-iki kəlmə ilə görülən işləri yerə vurmaq doğru deyil. Gəlin özümüzü sivil millət kimi göstərək, ermənilər kimi davranmayaq...

Əlaqəli xəbərlər