Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 20°C

"İşıq gələn", yoxsa "it hürən" tərəfə

Eli_Eliyev.jpgƏli Əliyev
(VİP) sədri

Prezident Əliyevin ABŞ səfəri baş tutdu. Strateji baxımdan mühüm səfər idi. Nəticələri haqda danışmaq hələ tezdir. Çünki dünyanın lider dövlətinin ən yüksək qatda təmaslar zamanı bildirdiyi fikirlər, hakim komandada müzakirə olunacaq. Mürəkkəb konfiqurasiyalı, konqlomerat mahiyyətli heyət ABŞ-ın Azərbaycandan gözlənti və istəklərini dəyərləndirməlidir. Etiraf edim ki, çətin durumdur.

Müşahidələrim onu deyir ki, ABŞ-ın qlobal planı qüvvədədir. Plan Rusiyanı təbii ölçülərinə qaytarmaqdır. ABŞ Administrasiyası "anakonda" planını davam etdirir. Məqsəd Rusiyanı hegemon vahid kimi demontaj etməkdir. Bu müqəddəs işdə Azərbaycan da öz töhfəsini verməlidir. Dövlət katibi Kerrinin Prezident Əliyevlə keçirdiyi görüşdən sonra verdiyi bəyanatda, Azərbaycandan istənilən açıq şəkildə ifadə olundu: Dağlıq Qarabağ probleminin həlli və TANAP. Əminəm ki, randevuda ikitərəfli münasibətlərə toxtaqlıq gətirəcək digər məsələlər də müzakirə edilib. Lakin div məsələlər Kerrinin ritorikasında net şəkildə qoyuldu.

Əvvəla, görüşün özü haqda bəzi detallara diqqət çəkmək yerinə düşərdi. Ən qabarıq məsələ, Rusiyanın tədbirdə iştirakdan imtinasıdır. Maraqlı detallardan biri, ötən belə tədbirdən Azərbaycan kənarda saxlansa da, bu dəfə dəvət olunmağımızdır. Bircə Türkiyə prezidenti istisna olmaqla, Obama heç kəslə başbaşa görüşmədi. Bu səbəbdən Kerri və Bayden ən yüksək səviyyəli vizavi sayıla bilər. Yerləşdiyimiz postsovet məkanının ən yaxşı uzmanları da, məhz bu 2 şəxsdir. Kerri bütün konfliktli məsələlərdə Rusiya ilə əlaqə saxlayan şəxsdir. Bayden isə Türkiyə, Ukrayna müşküllərinin həllində aparıcı fiqur, Obamanın ən yüksək təmsilçisidir. Yəni "Anakonda"nın ideya müəlliflərindəndir. İnanıram ki, Azərbaycan rəhbəri ilə də görüşdə masaya yatırılan məsələlər geopolitik çapda dəyərləndirilib.

Kerrinin səsləndirdiyi konkret məsələlərə baxaq. Dağlıq Qarabağ müharibəsi, bütövlükdə Cənubi Qafqazı Rusiyanın orbitində saxlayan konfliktdir. Venesuela və Kuba vasitəsilə Latın Amerikasından, Suriyadan və bütövlükdə Yaxın Şərqdən, Gürcüstan, Moldova və Ukraynada isə postsovet məkanından qovulan Rusiya Cənubi Qafqazda dirənmək niyyətini gizlətmir. Müharibənin ədalətli həlli hər 2 dövləti Rusiyanın caynağından qurtara bilər. Qaz kəməri layihəsi də Rusiyanın enerji bazarında monopolist mövqelərinə ağır zərbə sayılmalıdır.

Belə qlobal dəyişikliklər sırasında çətin olacağını xüsusi vurğulamaq istərdim. Ölkə dayanıqsızlaşa bilər. Dövləti səfərbər etmək hakimiyyətin birinci dərəcəli vəzifəsidir. Çünki Kreml hərəkətlənəcək. Daha doğrusu artıq hərəkətdədir. Bir sıra separatçı mövqelər intensivləşib, təmas xəttində döyüşlər qızışıb, lazım olmayan Əylisli olayı da rusbaşların operativ əməliyyatı sayılmalıdır. Hesab edirəm ki, 5-ci kolon hələ çox sürprizlər nümayiş etdirəcək.

Bu baxımdan, Azərbaycan mühüm yol ayrıcındadır. "İşıq gələn", yoxsa "it hürən" tərəfə gedəcəyimiz yaxın günlərdə həll olunacaq. Azərbaycanın gələcəyi Türkiyə ilə birlikdə Qərbə inteqrasiydadır. Bunu prezident Əliyev edəcəksə, etsin. Bizə Dövlətimizin dəngəli inkişafı, ədalətli və demokratik cəmiyyət lazımdır. Hamını bu yolda birliyə çağırır, bizi geri dartmaq istəyən nadürüst qüvvələrə birgə cavab verməyə səsləyirik.

Əlaqəli xəbərlər