Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 17°C

İnamı qaytarmaq olmayacaq

Xeyreddin qocaXeyrəddin Qoca

...Bankların birindən 24 min manat kredit götürmüşdüm . Əvəzinə 35 min dollar ödəməli oldum.

Cünki 24 min manatı alanda manatla yox dollar hesabi ilə müqavilə bağlamışdım. 

 2015 cil fevral ayının 21- də olan devalvasiyanı da üstünə əlavə etdilər. Burada öz təqsirimi boynuma alıram, gərək müqaviləni diqqətlə oxuyardım. Bəs bankdakıların məsuliyyətini hara yazaq? İndi də televiziya verilişlərində maliyyə nazirinin sözlərini təkrarlayıb deyirlər:" pulları yasıtığın altından çıxarıb" (guya ki , camaatın yastığın altında pulları var) banklara qoyun,istiqrazlar alın , bank daha etibarlıdır, pullar evdə qalsa oğurlaya bilərlər.

Əvvəla, pulu olan özü bilər pulunu hara qoyar, hara xərcləyər.

 İkincisi mən belə fikirlərə dözə bilmədiyimdən televiziya aparıcısına zəng vurub soruşdum ki, bəs istiqrazları evdən oğurlaya bilməzlər? Aparıcı nə cavab versə yaxşıdır: doğrudan a.

Yeri gəlmişkən, biri deyir, "Jak şirak qudurub", biri deyir"avropanı yerində oturtmaq lazım", biri deyir "Obama getsin işi ilə məşğul olsun"...

 Belə fikirlərə gülməkdın başqa əlacım qalmır.

Bu günlərdə eşitdim ki, ölkədə böyük "ideya" irəli sürülüb .Maddi yardım əvəzinə insanlara qoyun verilsin. Deyəsən bütün kasıb-kusubları çoban eləmək fikrinə düşüblər.

 Adama deyərlər mən qoyun əti yemirəm, qoyuna da baxa bilmərəm. Məcbur edəcəksiniz?

Siz mənə pul verin lazım olsa özümün qoyun -quzu almağa qabiliyyətim çatar.

 Vallah- billah mən ömrüm boyu yazmışam və demişəm: Mİrzə Cəlilin, Sabirin 100 il əvvəl yazdıqları cox azdır. 

O zamandan bəri qafalar dəyişməyib və mirzə cəlilllər, sabirlər, haqverdiyevlər dirilib gəlsələr də

bəzi qafaları dəyişdirə bilməyəcəklər.

A kişilər, danışığınıza fikir verin. Ayıbdir.