Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

Yalanı küncə sıxmaqla mənaviyyatımızı qoruya bilərik

shahlar esgerovProf. Şahlar Əsgərov,
əməkdar elm xadimi


Elçin Qurbanovun ürək ağrısı ilə yazdığı “Dollar - avro savaşı: Kimə və nə üçün daş atırıq?” (moderator.az/news/123889.html) məqaləsinə və etdiyi xahişə münasibət bildirməyi vacib bildim. Məqalədə çox vacib problemlərə toxunulub.

Əvvəla qeyd edim ki, məqələ müasir elmi dünyagörüş baxımından mükəmməldir və məsuliyyət hissi altında yazılıb. Diqqət mərkəzinə çəkilmiş tezislər ölkəmizin bu günü və gələcəyi baxımdan çox əhəmiyyətlidir.
Məqalədə vurğulanır ki, “Almaniya  ilə Azərbaycanın  iqtisadiyyatını müqayisə etmək düz deyildi”. Mən də bu fikri müdafiə edirəm. Belə ki, mətbuatda tez-tez müxtəlif dövlət qurumlarımızın rəhbərləri ölkəmizi digər ölkələrlə müqayisə edirlər. Bu nə dərəcədə düzdür?
 
On illərdi ki, Təhsil Nazirliyinin əməkdaşları bütün dünyanın təhsil sistemini öyrənmək üçün dünyanı çalın-çarpaz gəzdilər, ancaq bir nəticə əldə edilmədi. Bu cür müqayisələr səmərəsizdir, vaxt və maliyyə itkisindən və özünüaldatmadan başqa bir şey deyil. Səbəbi sadədir. Hər dövlət, özünə bənzər dövlətin müsbət təcrübəsindən istifadə edə bilər. BMT İP tərəfindən dünya dövlətləri iqtisadi qüdrətinə görə sıraya düzülürlər və adətən üç qrupa bölünürlər: inkişaf etmiş, inkişaf etməkdə olan və geri qalmış dövlətlər. Birinci qrupa təqribən 28, ikinci qrupa 80 dövlət daxildi. Yerdə qalan dövlətlər isə üçüncü qrupa aiddir. Tədqiqatlar göstərir ki, I qrupda 28-ci yerdə duran Çexiyanı özündən qabaqda duran ölkə ilə (misal üçün 22-ci yerdə duran Yunanıstanla) müqayisə etmək məntiqlidir, ancaq birinci yerdə duran Norveç ilə müqayisə etmək məntiqsizlikdir. Müqayisədə əsas makroiqdisadi parametrin bir - birinə yaxın olması vacibdir. Bu parametrlərdən biri ÜDM, digəri isə İnsanın İnkişaf İndeksidir (HDİ).  
     
Məqalədə haqlı olaraq qeyd edilir ki, Azərbaycanla Almaniya arasında Ümum Daxili Məhsulun adambaşına düşən payı arasında nisbət çox böyükdür (40000 avro: 3340 avroya) və 11,2 bərabərdir. Bu səbəbdən də müqayisə məqsədəuyğun deyildi.

Məqalədə qeyd olunur ki, “Almaniya Azərbaycanın Dağlıq Qarabağla bağlı ədalətli mövqeyini daim müdafiə edib... və üstəlik əgər Almaniya Türk qardaşlarımızın yanındadırlarsa, heç olmazsa, bu müttəfiqliyə hörmət etməliyik”. Bu səbəbdən müəllif hər bir vətəndaşdan xahiş edir ki, “ədalətli olun və yalana son qoyun”. Yaxşı məsləhətdir. Eşitsək yaxşıdır. Axı ulular deyiblər: heç kəs sənin düşmənin deyil, hər kəs sənin müəllimindir.

Bu yerdə ulu öndər Heydər Əliyevin “Məni acı həqiqətləri söyləyin, şirin yalanlar deməyin!” kəlamı yadıma düşür. Burda bir məqama toxunmaq istəyirəm.
Bir insan xasiyyəti kimi yalançılıqdan azad olmağın zamana ehtiyacı var. Çünki 60-cı illərdən sonra  tamam bir nəsil yalançılıq mühitində böyümüşdü. Sovet dövlətini ilk çağında hər bir bolşevik (kommunist) “kommunizm” ideyasına real  inanırdı və bu yolda ölməyə də hazır idi. Ancaq 60-cı illərdən sonrakı kommunistlərin çoxu “kommunizm” ideyasının absurd olduğunu anladı. Qarşıdakı səfərbəredici “kommunizm” mayakı yoxa çıxdı. Sovet epoxasının yalançılıq dövrü başladı. Bu vəziyyəti dolğun ifadə edən bir lətifədə deyilir:

“Bir qrup bolşevik V.Leninin yanına gəlir və deyirlər ki, kommunizmə gedən  qatar dayanıb, getmir. Lenin “iməcilik” təşkil edir və qatar hərəkətə gəlir. 30-cu illərdə bir qrup bolşevik İ.Stalinin yanına gəlir və deyirlər ki, kommunizmə gedən qatar getmir. Stalin, maşinisti çağırtdırır və hələləyir və qatar hərəkətə gəlir. Brejnyevin zamanında  bir qrup kommunist ona deyir ki, kommunizmə gedən qatar getmir. Brejnyev deyir ki, mən də bilirəm getmir, amma elə hay - küy salın ki, camaat elə bilsin gedir”.

Lətifədən göründüyü kimi 1960 –cı illərdən sonra ölkə yalan danışa - danışa camaatı idarə edilməyə başlandı. Ölkə total yalancılıq atmosferində yaşadı, gənclərin bir nəsli (1960- 1991) belə atmosferdə böyüdü. Nəticədə əhalinin böyük bir qismi yalana adaptasiya oldular. SSRİ məkanında qurulmuş bütün dövlətlərin ümumi bəlasının kökündə bu durur. Düzdü, İslam mədəniyyəti bizi bu bəladan xeyli hifz etsə də, İslamın özü də yalancılıq mühitində aşındı.
Burda bir haşiyə çıxmaq yerinə düşər. Güman etmək olar ki, simvolik mənada son doğru sözü sözü N. Xuruşov SSRİ müəllimlər qurultayından söyləyib. Qurultaydan  sonra Kremldə müəllimlərin şərəfinə verilən banketdə sibirli bir müəllim Xuruşovun sağlığına tost deyir və təklif edir ki, ona “əməkdar müəllim” adı verilsin. Xuruşov yerindən durur və deyir:yoldaş müəllimlər, bir il öncə mənə əməkdar kənd təsərüfatı işçisi adı verdilər. Mən onu qəbul etdim. Çünki, uşaqlıqda donuz otarmışdım. Amma mən əməkdar müəllim adını qəbul edə bilmərəm, çünki bir saat da dərs deməmişəm.

Bəla o zaman həllin tapar ki, onun varlığını qəbul edəsən. Əks təqdirdə bu problemi zaman da həll edə bilməz. Yalan olan yerdə bütün problemlərin həlli müşkülə düşür, idarəetmə çətinləşir, riyakarlıq artır. Düzü əyridən, haqqı nahaqdan, səmimini qeyri səmimidən ayırmaq olmur. Yalan olan cəmiyyətdə demokratiyanı da inkişaf etdirmək çətinləşir. Mənə elə gəlir ki, bütün cəbhə boyu hər kəs yalana qarşı mübarizə aparmalıdır, çünki yalan dəyər deyil, düz söz dəyərdi. Yalanı küncə sıxmaqla mənaviyyatımızı qoruya bilərik!  
                                                
Prof. Şahlar Əsgərov, əməkdar elm xadimi
moderator.az