Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 11°C

Məhmətcik - Əsgər birliyi: Azərbaycan - NATO əməkdaşlığının miniatür obrazı

Mehmetcik.jpg

İlham Əliyev seçdiyi hədəfin üzərinə doğru qətiyyətlə irəliləyir: tələsmədən və gecikməyərək…

Mən 26  iyunda nümayiş olunan Məhmətcik - Əsgər birliyini  daha çox  Azərbaycan - Qərb - NATO əməkdaşlığının miniatür obrazı hesab edərdim

İyunun 26-da Türk Silahlı Qüvvələrini təmsil edən əsgər və zabit heyəti Azərbaycanın paytaxtında  açıq alınla və fəxarətlə addımlayırdı.

 

Məhmətcik Milli Ordumuzun Əsgəri ilə çiyin-çiyinə dayanmışdı.

Azerbaycan Ordusunun 100 Kuruluş Yıl dönümü türk askeri ile ilgili görsel sonucu

Qürurverici  bir səhnə!

Sanki yüz il əvvəl türk əsgərinin Bakıya qədəm qoyduğu şərəfli tarixi gün   “Azadlıq” meydanında yenidən canlanıb  təkrarlanır... 

Və  həm də  möhtəşəm və yeni bir tarixi  mərhələnin başlandığını elan edirdi.

Azerbaycan Ordusunun 100 Kuruluş Yıl dönümü türk askeri ile ilgili görsel sonucu

Azərbaycan dövləti  tarixinin  hərbi-siyasi dirçəliş dövrünü yaşayır.

Ermənilər yanılmayıbmış:

Bir məqaləni xatırlayıram:

2001  - ci ildə “Nezavisimaya qazeta” da  Ermənistan parlamentinin bir  üzvü əməlli-başlı həşir qoparıb həyəcan təbili çalırdı:

“Hərbi müvəffəqiyyətlər, taktiki uğurlar bizi aldatmamalıdır.

Strateji üstünlük Azərbaycanın tərəfindədir. Çox çəkməyəcək, bu üstünlük bizə öz şərtlərini birbəbir  diqtə edəcək”.

Ermənilərin qorxduqları başlarına gəlir...

Rəsmi Bakının strateji çəkisinə hərbi-siyasi  ağırlıq əlavə olunur.

Bölgədə balans yerindən oynayır...

Tədbirdə nümayiş etdirilən silahlar, maddi təchizat, texniki imkanlar, yüksək pilotaj göstərisi, iki xalqın ruhani vəhdəti  və s. öz yerində...

Nəzərə alaq ki, Türkiyə NATO  dövlətidir.

Hərbi siyasi öhdəlik daşıyır.

Qardaş  ölkəylə  münasibətlərimizə dair mükəddər və üzücü bir xatirə var:

1992 ci il: Kəlbəcər rayonu  mühasirədədir.

Azərbaycan prezidenti Əbülfəz Elçibəy Türkiyəli həmkarından dinc sakinləri xilas etmək üçün iki ədəd helikopter istəyir.

Türkiyə prezidentinin cavabı konkret olur:

“Biz NATO-nun üzüyük. Bu mümkün deyil”.

İttiham etməyə dəyməz.

Süleyman Dəmirəl haqlı idi...

Dövrün məntiqi ( mövcud siyasi konyuktur, bölgədəki vəziyyət, Azərbaycan hakimiyyətinin pərakəndəliyi ) Türkiyə prezidentinin imtinasına  siyasi-hüquqi bəraət qazandıra bilir .

İndi  fərqli bir mənzərə ilə üz-üzəyik.

NATO  ölkəsi Azərbaycanın  hərbi yubiley tədbirinə parad dəstəsi ilə qatılır.

Bakıda hərbi paradda türk əsgərləri 2018 ile ilgili görsel sonucu

Türk şahinləri Azərbaycan səmasının ənginliklərini fəth edir.

Dəyişən nədir?

Mən hazır şablonları yenidən sadalamaq istəməzdim.

Müxtəlif səbəblər göstərmək mümkündür.

Əsas odur ki, Azərbaycanın “qarşılıqlı-faydalı asılılıq” prinsipinə söykənən əməkdaşlıq siyasəti bəhrəsini verməkdədir.

Bu gün Türkiyə ilə Azərbaycan arasındakı mənəvi-tarixi və  siyasi  ortaqlığı iqtisadi ortaqlıq zənginləşdirir və tamamlayır.

Və iqtisadi ortaqlıq hərbi əməkdaşlığı aktuallaşdırır.

Azerbaycan Ordusunun 100 Kuruluş Yıl dönümü türk askeri ile ilgili görsel sonucu

Bu, başlıca və həlledici amildir...

Mən 26  iyunda nümayiş olunan Məhmətcik - Əsgər birliyini  daha çox  Azərbaycan - Qərb-NATO əməkdaşlığının miniatür obrazı hesab edərdim.

Bəllidir ki, miniatür rəsmlər yaratmaq üçün böyük  həssaslıq və iti fəhm tələb edilir...

İnanaq ki, türk əsgərinin ayağı düşərli olacaq: 1918-ci ildəki gəlişi ilə Bakı ermənilərdən təmizlənmişdi.

Qoy, onun  bu dəfəki gəlişi də yeni qələbələrin müjdəsinə çevrilsin.

 “Məhmətcik-Əsgər” əsəri elə incəliklə çəkilib ki, müəllifinə  irad bildirməyə kimsənin dili çönməz.

Azərbaycan prezidentinin usta gedişləri davam edir.

Ajiotaj, həyəcan və qıcıq doğurmadan.

 Alqış Həsənoğlu musavat.com ile ilgili görsel sonucu

Alqış Həsənoğlu, Musayev

Xüsusi olaraq musavat.com üçün

Əlaqəli xəbərlər