Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

Tramp İlham Əliyevi təbrik etdi: "Sizinlə birgə işləmək əzmindəyəm.. "

Tramp11.jpgABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

28-may.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcək.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.

Səmimiyyətlə,


Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti"

Əlaqəli xəbərlər