Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 17°C

Haker hücumunun arxasındakı rusiya agentləri müəyyən edilib...

ABŞ-da noyabr ayında Donald Trump-ın qalib gəldiyi prezident seçkisinə iddia olunan haker hücumunun arxasındakı Rusiya agentlərinin müəyyən edildiyi xəbər verilir.

Adları çəkilməyən agentlərin seçkini Trump-ın xeyrinə dəyişmək məqsədilə Demokratik Partiyadan oğurlanmış elektron məktubları WikiLeaks saytına göndərdikləri iddia olunur. Rusiya seçkiyə müdaxilə etdiyini, WikiLeaks-in qurucusu Julian Assange isə informasiyanı Moskvadan aldığını inkar edirlər.
ABŞ kəşfiyyatı Rusiyanın müdaxiləsinə şübhə etdiyini bildirən Trump-ı az sonra tapıntılar barədə məlumatlandıracaq.
ABŞ-da bir çox rəsmilər, o cümlədən vitse-prezident Joe Biden Trump-ı kəşfiyyat orqanlarına şübhə ifadə etdiyinə görə tənqid edirlər.
CNN, Washington Post və NBC News bildirirlər ki, ABŞ kəşfiyyatının ələ keçirdiyi yazışmalarda Rusiya hökumət rəsmiləri Trump-ın qələbəsini bayram ediblər.
Kəşfiyyat həmçinin Demokratik Partiyadan oğurlanmış e-maillərin Wikileaks saytına ötürülməsində aralıq mərhələdə olanları aşkar ediblər.
Kəşfiyyat hesabatının məxfi olmayan variantı ictimaiyyətə gələn həftə açıqlanacaq.

 


Cənab Trump nə deyir?
Cənab Trump dəfələrlə Rusiya hökümətinin hücumların arxasında olduğuna dair iddiaları inkar edib.
O ötən həftə haker hücumu barədə məlumatları açıqlayacağını deyib.
Onun inaqurasiyası yanvarın 20-də baş tutacaq.
bbc.com