Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 12°C

Özbəkistan prezidenti İslam Kərimov ağır xəstədir?

Islam_Kerimov.jpgÖzbəkistan prezidenti İslam Kərimov xəstəxanadadır, Reuters yazır ki, xəbəri hökumət təsdiqləyib.
Rəsmi Milli Xəbər Agentliyi yazır ki, Nazirlər Kabineti Özbəkistan prezidenti Kərimovun xəstəxanada yataraq müalicə aldığını yazır.

Lakin təsdiqlənməmiş məlumatlara görə, o ağır xəstədir.
Mütəxəssislərin fikrincə, tam tibbi yoxlama və müvafiq müalicə müəyyən vaxt ala bilər.
Lakin onlar prezidentin hansı xəstəliyə görə həkimlərə üz tutduğunu açıqlanmır.
Onun sağlamlıq problemlərinin olduğu əvvəldən də məlum idi, lakin hökumət heç vaxt belə bir açıqlama verməyib.
Fergananews saytı yazır ki, o insultdan əziyyət çəkirmiş.
Cənab Kərimov son dəfə avqustun 17-də dövlət televiziyasında Cənubi Koreyanın daxili işlər naziri ilə iclasda görünüb.
78 yaşlı cənab Kərimov 1989-cu ildən bəri Özbəkistanda rəhbər vəzifədədir. Həmin vaxt o, Özbəkistan Mərkəzi Komitəsinin baş katibi idi.
1990-cı ilin martın 24-də Özbəkistan SSR Ali Sovetinin sessiyasında o prezident seçilib.
1991-ci ildə ümumxalq seçkilərində qalib gəlmiş cənab Kərimov indiyə kimi fasiləsiz olaraq prezidentdir.
2002-ci il 27 fevralda keçirilmiş ümummilli referendumun nəticəsində Özbəkistanda prezidentlik müddəti 5 ildən 7 ilədək artırılıb.
Bu hadisə ilə əlaqədar Müstəqillik Günü bayramı sentyabrın 1-ə keçirilib.
bbc.com