Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

“Dünyada ilin adamı” mükafatı prezidentə təqdim edilib

teqdim-25052016.jpgPresident.az xəbər verir ki,Prezident İlham Əliyev “The Business Year” jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib.

“The Business Year” jurnalının baş redaktoru Leland Rays Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammitində iştirakının və çıxışının önəmini vurğulayaraq  Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dünyada gedən iqtisadi proseslərdəki rolunu qeyd edib.

Dünya Humanitar Sammitinin əhəmiyyətindən  söz açan Prezident İlham Əliyev Sammitin bu formatda ilk beynəlxalq humanitar tədbir olduğunu və  tədbirin gündəliyinin geniş sahələri əhatə etdiyini deyib. Beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən danışıb.


“The Business Year” jurnalının baş redaktoru Leland Rays Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə rəhbərlik etdiyi jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq gördüyünü deyib və mükafatı dövlətimizin başçısına təqdim edib.

“The Business Year” jurnalının “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev jurnalın baş redaktoru Leland Raysın təqdimatında Azərbaycanın həyata keçirdiyi siyasətin ən əhəmiyyətli istiqamətlərinin qeyd olunduğunu vurğulayaraq iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, multikulturalizm, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi və bu infrastruktura investisiyaların yatırılması kimi məsələlərin əldə olunmasında regional əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 Regional əməkdaşlığın yalnız qarşılıqlı inama əsaslandığını deyən dövlətimizin başçısı qarşılıqlı inamın isə multikultural, dini və etnik dözümlülük kimi dəyərlərin təşviqi ilə yaradıldığını bildirdi. Bütün bu dəyərlərə görə qürur duyduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təbliğinə və ölkəmizlə bağlı həqiqətləri beynəlxalq auditoriyaya çatdırdıqlarına görə “The Business Year” jurnalına təşəkkürünü bildirib

Sonda xatirə şəkli çəkdirildi.

Əlaqəli xəbərlər