Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

Heydər Əliyev: "Siz orda nə edirsiniz? Qarabağ əldən getdi..."

   Heydar_Aliyev_resize.jpg   Heydər Əliyev hqqqında  ən etibarlı mənbə elə Heydər  Əliyevin özüdür. Onun siyasi obrazı  heç bir dövrdə, heç bir şəraitdə büdrəməyən  bir məntiqin  üzərində dayanır. 28-may.az dahi Öndərin ad  günü  ərəfəsində onun həyat yolunu və  milli mübarizə  tariximizin həlledici məqamalarını özündə əks etdirən çıxışlarından, müsahibələrindən  bəzi  hissələri  təqdim  edir.

       (Naxçıvan Muxtar Rüspublikası Ali  Məclisinin 21 noyabr 1990-cı il tarıxlı sessiyasında deputat Heydər    Əliyevin çıxışı)
       Dağlıq Qarabağda  əmələ  gəlmış  vəziyyətə  müəyyən  qədər qısa  təhlil  verib, Dağlıq  Qarabağın  artıq  fakitiki  əlimizdən  getməsi  vəziyyətinə  öz  münasibətimizi  bildirsək və qeyd etsək ki, İttifaq  Hökuməti,  Sovet  İttifaqının  siayasi rəhbərliyi  Dağlıq Qarabağın Azərbaycanın  əlindən  getməsinə  nəinki  mane olmayıb, hətta  kömək  ediblər və  Azərbaycan  Respublikasının rəhbərliyi  bu  son  üç ildə  Dağlıq  Qarabağın öz tabeliyində  qalmasını  təmin  edə  bilməyibdir,  onda biz ,  mənə  elə  gəlir  ki,fikrimizi  bildirmış  olardıq və  Azərbaycan Respublikasının  alı  hakımiyyət  orqanı  qarşısında  bu  məsələni  qoyardıq  ki,siz  indiyə  qədər  bu  məsələni uzadırsınız,  xalqı  aldadırsınız,  təsirli  tədbirlər  görmürsünüz.
    Bir  müddət  bir  neçə  böyük  səhv  buraxılıb.Məsələn, 88-ci  ilin  mart  ayında SSRİ Nazirlər  Sovetinin  və Sov. İKP  MK -nin qərarını  qəbul  etməyə  Azərbaycan rəhbərliyindən  kim  qol  çəkibsə burada  Qarabağın  əldən  getməsi  üşün  birinci  addımı  atıblar.Cünki  o  qərarda  yazılıb ki, Ermənistan  Respublikasına  Dağlıq  Qarabağın  işləri ilə məşğul olmaq ixtiyarı  verilir.
    İndi,bağışlayın,  mən  tarixdən  iki  kəlmə denək  istəyirəm.Məni  o  vaxtlar - Dağılıq Qarabağ  məsələləri  qalxanda  mərkəzi mətbuatda günahlandırdılar:  guya  mən günahkaram  ki, vaxtilə Dağlıq  Qarabağda sosial -iqtisadi  vəziyyət  pis  olub.Azərbaycanda da belə bədxah  adamlar  çıxdılar , belə-belə  sözlər  dedilər.Və  ikinci də məni günahlandırdılar ki,  guya  mən vaxtilə  Ermənistanla  Dağlıq  Qarabağın əlaqələrini  məhdudlaşdırmışam, ona  görə  də belə  məsələlər  əmələ  gəlibdir.
   Bir vətəndaş kimi sizə  məlumat  vermək istəyirəm.Bu  əlaqəni  mədudlaşdırmamışdım.Ancaq  mən Azərbaycanın  rəhbəri  kimi Ermənistanın  Dağlıq  Qarabağın işlərinə  qarışmasına  yol  vermırdim.Bunu  bir  vətəndaş  bir  azərbaycanlı  kimi öz  borcum  bilirdim.
   İndi  baxın , mart  ayında  qərar  qəbul  etdilər, Azırbaycanın  rəhbərləri  də  bu  qərara qol  çəkdilər və yazdılar  ki, Ermənistan  və  Azərbaycan Respublikasının rəhbərlərinə  tapşırılsın ki, Dağlıq  Qarabağın  işlərinə  baxsılar. Ən  birinci  kobud  addım, Azərbaycana  xəyanət  bu  idi. Dağlıq  Qarabağın  əldən  çıxmasına  yol  oradan  açıldı.
   İkinci   mən  dünən  dedim , yenə də  təkrar  edirəm, Volskinin rəhbərliyi  ilə  xüsusi idarəetmə komitəsinin  yaranması. İndı  gəlin  həqiqəti  danışaq, bunu  bir  Qorbaçov ortaya  atmayıb ki, bu  uzun müzakirələrdən  sonra  yaranıbdır.Məsələn , Moskvada  bir- iki  adam  mənim  fikrimi  soruşdu ,mən qəti  etiraz  etdim.Ancaq  Azərbaycanın  rəhbərləri bu  idarənin  yaranmasını  vəziyyətdən  çıxış yolu  kimi  bildilər və  bunu cox təmtəraqla  qəbul  etdilər, bunu  bir  böyük  nailiyyət  kimi  qələmə  verdilər.  Anlamadılar, yaxud  da anlayaraq   qəsdən buna  getdilər  ki, Qarabağ əldən  getsin. O ləğv olundu, indi  yaradılıb  Təşkilat  komitəsi  . Mən  dünən  dedim, yenə  də  öz  fikrimi  deyirəm:Təşkilat  komitəsi  orada  bir  fəaliyyət  göstərmir.
  Beləliklə , Dağlıq  Qarabağ  əldən  gedibdir.Bu  məsələlərə, bu prosesə  öz  fikrimizi  bildirsək  və  göstərsək  ki,Mərkəzin siyasi  rəhbərliyi və  azərbaycanın  siyasi  rəhbərliyi  Dağlıq  Qarabağda gedən  proseslərin  qarşısını  almayıblar, bu  bizim üçün kifayətdir və  bu  məsələni  Mərkəzin  qarşısında,Azərbaycanın  ali  hakimiyyət  orqanının  qarşısında qoya  bilərik ki, onu  həll  etsin.
    Burada  Azərbaycanın  deputatları  var , onlarda  xahiş  edə bilərik   və  mən  də  öz  üzərimə  götürürəm  ki, bu  məsələni  orada  qaldiraq.
    Mən  dünən  bu  bəndə  etiraz  etdim,  indi bunu bir də yaziblar ki, əgər bu məsələ  həll olunmasa  biz ittifaq  müqaviləsindən  imtina  edəcəyik.
    Axı  yoldaşlar,biz  ittifaq  müqaviləsini  müzakirə  etməmişık.İndi  belə çıxir  ki, biz  ittifaq  müqaviləsinin  bağlanmasına  razıyaq,lakin Dağlıq  Qarabağ  məsələsi həll  olunmasa biz  razı  olmayacağıq.
      İttifaq  müqaviləsinin bağlanması  böyük  məsələdir.Bunun  üçün  biz  gərək  fikirləşək.Bu  bağlanmalıdır  , ya  bağlanmalı  deyil.Bunu  bir  Dağlıq  Qarabağ  məsələsindən  asılı  qoymaq  olmaz.Bu  məsələ  müzakirə  ediləndə mən öz  fikirmi  deyəcəyəm.Bu,  böyuük  məsələdir,  biz  Azərbaycanın  istiqlaliyyətindən  danışmalıyıq.Ona  görə  deputatlar düz  dedilər. SSRİ  Ali  Sovetinin sesiyasinda  SSRİ prezidentinin çıxışından  sonra 5  respublikanın  nümayəndəsi  çıxış  edib  dedilər  ki, biz  bu müqavilədə  iştirak etməyəcəyik.Təəssüf  ki, Azərbaycan Respublikasının  nümayəndəsi  çıxış  edərək  ittifaq  mqaviləsini bəyəndiyini  bildirib və  onun  bağlanmasının vacibliyini   çox təkidlə  irəli  sürüb.
     Mən  fürsətdən  istifadə  edərək öz fikrimi  bildirirəm  ki, biz  gərək  buna  da münasibətimizi  bildirək.Azərbaycan  respublikasının  nümayəndəsi bu  cür  çıxış  üşün kimdən  icazə  alıb.?Kim  ona  bu  ixtiyarı  verib?Özbaşınalıq  bəsdir.Mən  bu  fikirdəyəm ki,əgər  mənim  mülahizələrim  qəbul  olunarsa , bu  qərar  bir  az  da işlənməlidir.Çünki  bu  mühüm  qərardır.
    Yerdən  sual:-Dağlıq  Qarabağ  məsələsini  necə  həll etmək  olar ki,  o  azərbaycanın  tərkibində  qalsın?
    Heydər Əliyev:- Mən  indi  bu  suala  cavab  vermək  istəmirəm, cünki bu o qədər  mürəkkəbləşdirilmiş  məsələdir  ki,onu  tək  mənim  fikrimlə  yox , ümumi xalqın fikri ilə həll etmək lazımdır.Ona  görə  də  mən  öz  fikrimi  bildirmək  istəmirəm.Biri  deyir:  gəlin,  Qarabağın  müstəqilliyini  ləğv  edək,  o biri  başqa  təklif  verir.Bu mürəkkəb  məsələdir, daha  doğrusu,  mürəkkəbləşdirib.Məsələn, bu,  üc  il  bundan  əvvələ  qədər  mürəkkəb məsələ  deyildi.14  il  mən Azərbaycan  Respublikasına  rəhbərlik  etmışəm, bu  məsələ  mənimm üçün  heç  vaxt  çətinlik  törətməyib.Düzdür,  bu məsələ  neçə dəfələrlə qalxıb, ancaq  bunların  qarşısı  alınıbdır.Bu  üç  ildə  biz  Dağlıq  Qarabağda  hakimiyyətimizi  itirəndən  sonra istəyirsiniz  ki,  mən  bir  kəlmə  ilə  deyim ki,   bunu  necə həll eləmək olar?
     Bunu  müzakirə  etmək  lazımdır.Münasibətimizi  bildirməliyik.Dərd  burasındadır ki,  bu  məsələ  Azərbaycanda müzakirə  olunmur,  buna dərindən  baxılmır.Hərə  kiçik  bir  iş  görür  , hesab  edir  ki, Dağlıq  Qarabağ  bizimdir.
    İndi  Afiyəddin  müəllim deyir  ki,  keçmiş  birinci  katib  bəyan  edirdi  ki,  "əşşı  nə danışırsınız  Qarabağ  bizimdir."
    Mənim yaxşı  yadımdadır, bi  halda ki, siz  məni  məcbur  edirsiniz , bir faktı  deyə bilərəm.SSRİ  Ali  Sovetinin  sessiyası  idi.Mən də hələ SSRİ Ali Sovetinin deputatı idim.Azərbaycan  Ali  Sovetinin keçmış  sədri  Qurban  Xəlilovla  orada görüşdüm Mən ona dedim ki, siz nə edirsiniz  orada ? Dağlıq  Qarabaq əldən  getdi.Siz  onu  niyə  əldən  verdiniz.Mənim  bu  söhbətim 1988-ci  ilin iyul ayında olmuşdu.
   Həmin  vaxt Moskvada Ali  Sovetin  Rəyasət  heyətinin  iclasında Qarabağ  məsələsinə baxılırdı.Yadınızdadırmı? Televiziya  ilə  verilirdi.Bəli , bəli  iyulun  18-də.Mən  onda Xəlilova  dedim:"Siz  nə  edirsiniz  başınızı  itirmiziniz, Dağlıq  Qarabağ əldən  getdi.Sən də  o  iclasda  iştirak  edirdin.Nə  üçün  buna  razılıq  verdin? O, mənə  deyir, "əşşı  sən  nə  danışırsan,Qarabağ  bizim  əlimizdədir,  bizim  əlimizdə də  olacaqdır"  Mən  onunla  razı olmadım.Etirazımı  da  ona  bildirdim.Bax  belə-belə  adamlar  ayri-ayri  vədlərlə Dağlıq Qarabağı  əldən  veriblər.İndi  məndən  soruşursunuz  ki, nə  cür  eləyək?

Əlaqəli xəbərlər