Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 3°C

İlham Əliyev: Mən sizi görməyə gəlmişəm...

xs02052106.jpgPresident.az-ın məlumatına görə  İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə baş çəkiblər

 Qeyd  edək  ki, bu tibb ocağı   müasir standartlara cavab verən ilk müalicə diaqnostika mərkəzlərindən biridir. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini – Zahid Rəhimov, Elgiz Qarayev və Anar Abdullayev burada müalicə olunurlar. Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlanıb və tezliklə sağalmalarını arzulayıblar.

   Prezident bildirib ki,  mən gəlmişəm , sizi görüm, öz sözümü deyim:" Siz erməni silahlı təxribatından əziyyət çəkmisiniz. Görürsünüz ki, onlar mülki əhaliyə qarşı müharibə aparırlar. Evlər dağılır, insanlar həlak olur, mülki şəxslər yaralanırlar. Bu, hərbi cinayətdir. Ermənilər döyüş meydanında məğlub olurlar, mülki əhaliyə atəş açırlar."

   Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin kollektivinə yaralılara yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.