Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

Ali Baş Komandan və xanımı cəbhə bölgəsində

Prez_cebhede.jpgMayın 1-də Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva  Tərtər, Bərdə və Ağdam rayonlarında olublar.

Tərtər rayonundakı “N” saylı hərbi hissədə Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə  İlham Əliyevə məlumat verib.

Prezident hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub,hərbçilərlə görüşüb, təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən fərqlənən döyüşçülərə hədiyyələr təqdim edib.

Prezident İ və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə  Ermənistan ordusu tərəfindən  açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb söhbət ediblər.

    Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva  Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan mülki vətəndaşlara baş çəkiblər.

Əlaqəli xəbərlər