Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

Kəlbəcər rayonunun işğalından 23 il ötür

Kelbecer.jpgKəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib.
   1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı.

Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov Dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə rayonu işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Əlaqəli xəbərlər