Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 3°C

"İlham Əliyevin bu səfəri diplomatiyanın üstündədir" - türkiyəli professor

erdogan Aiyev 1İstanbuldakı Yeni yüz il universitetinin prorektoru, beynəlxalq məsələlər üzrə mütəxəssis professor Yaşar Hacısalehoğlu APA-ya deyib ki, prezident İlham Əliyevin bu anlamlı səfəri diplomatiyanın üstündə olan hadisədir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 17-si və martın 15-ə planlaşdırılan səfərləri terror hadisələri səbəbindən təxirə salınıb. Prezident İlham Əliyevin qətiyyət nümayiş etdirib, bu addımı atıb. Burada səmimiyyət, qardaşlığın şərtlərini tərəddüdsüz yerinə yetirmək, “Bir millət, iki dövlət” prinsipinə sadiqlik var.


Son illərdə Türkiyə ilə Azərbaycan arasında başda enerji olmaqla bir çox sahədəki yaxınlaşma bəzi ölkələri narahat etməkdədir. İki qardaş ölkənin əməkdaşlığına mane olmaq vasitələrindən biri də terror aktıdır. Türkiyənin bu sıxıntılı günlərində prezident İlham Əliyev başda TANAP layihəsi olmaqla, iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək məqsədi daşıyan məsələlərin  Ankarada da müzakirə oluna biləcəyini dünyaya göstərib. Bu addım istər Türkiyə-Azərbaycan münasibətləri, istərsə də diplomatiya tarixində çox mühüm bir hadisə kimi tarixə düşüb”.