Tanınımış jurnalistin evi yandırıldı

Asif MerziliJurnalistin evi  yandırılıb
Martın 14-də, gecə saat 02:50 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilinə bir qrup şəxs tərəfindən basqın edilib və mənzil benzin tökülərək  yandırılıb. Lakin həmin vaxt tam təsadüfən bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınıb.  

Ardını oxu...

Elmar Hüseynov anılıb

ELMAR animAzərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev 2005-ci ildə qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət ediblər.

Ardını oxu...

100 yaşa dörd il qalır

azertacBu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi - "Azərtac"ın yaradılmasından 96 il ötür.
APA-nın xəbərinə görə, Azərbaycan Dövlət İnformasiya Agentliyi 1920-ci il martın 1-iAzərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti tərəfindən yaradılıb.
Sovet hakimiyyəti vaxtı agentlik müxtəlif adlarla fəaliyyət göstərib. Agentlik 1995-ci il martın 3-ü Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. 26 fevral 2015-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi olub.

Ardını oxu...

Üzümü dövlətimə tuturam

juranasi

Rəfiqə İsayevanın oğlu  jurnalist Rauf Mirqədirov  haqda  müsavat.com-a göndərdiyi mürcətdə deyilir :"
Valideyn neyləsin axı? Övladını böyüdərkən, tərbiyə edərkən nə desin ki, onu sonradan başına gələcək bəlalardan qorusun. Desin ki, bala oxuma, düzgün, ədalətli olma, vətənini sevmə? Desin ki, bala riyakar ol, yaltaq ol, qorxaq ol qabağa get? Beləmi desin? Hərdən fikirləşirəm ki, yəgin günah məndədir. Düzgün tərbiyə etməmişəm. Övladıma düşünməyi, təhlil etməyi, nəticə çıxarmağı öyrətmişəm. Ən əsası isə torpağını, vətənini sevməyi. Bu cinayətdirmi?

Ardını oxu...

Arif Alışanov Qulu Məhərrəmlini məhkəməyə verdi

AlisanOV QULUAzTV-nin sədri A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.

Ardını oxu...

7 -dən səhifə 8

Əlaqəli xəbərlər