Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

HABİL VƏLİYEV MƏHKƏMƏ QARŞISINDA: “XƏSTƏYƏM, DANIŞA BİLMİRƏM” DEMƏKLƏ VAXT İSTƏDİ

Habil_Veliyev.jpgFevralın 15-ində  saat 11:00-da Bakı Apellyasiya Məhkəməsində «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru, bir müddət əvvəl DTX-nin həbs etdiyi Habil Vəliyevin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsulliyyətinə cəlb edilməsinə dair YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Azinforum.az-ın prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, Habil Vəliyevin məhkəmədə iştirakı təmin edilib. Xatırladaq ki, Rizvan Vahabov barəsində yazılan böhtan və təhqirlərə görə Habil Vəliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun 23 dekabr 2015-ci il tarixli qərarı isə şikayət rədd edilib. Rizvan Vahabov həmin qərardan apellyasiya şikayəti verib, lakin 17-09-2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi, prosesə sədrlik edən Əmir Bayramov Habil Vəliyevin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsulliyyətinə cəlb edilməsinə dair Rizvan Vahabov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət və şikayətə əlavə üzrə məhkəmənin baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsilə bağlı apellyasiya şikayətinin təmin olunmaması barədə qərar verdi.
Nəhayət, R.Vahabov həmin qərardan Ali Məhkəməyə kassasiya şikyəti verib. Ali Məhkəmənin Cinayət Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən bugünkü  prosesdə iddiaçı Rizvan Vahabovun özü iştirak etməyib. Habil Vəliyev çıxışında bildirdi ki, hazırda xəstə olduğu üçün danışa bilmir  və onun müdafiə edəcək vəkillər işlə tanış deyillər.  Həbsdə olan baş redaktorun hüquqlarını  qoruyacaq hər iki vəkil işin təxirə salınmasını istədi. Onlar vəsatətlərini belə əsaslandırdılar ki, hazırda DTX-nın Habil Vəliyevlə bağlı apardığı istintaqda onun hüquqlarını müdafiə etdikləri üçün, bu işə də qoşulmaq istəyillər. Vəkillər onlarla bu məhkəmə predmeti üzrə müqavilənin bağlanmadığını və işdəki materiallarla tanış olmadıqları üçün məhkəmədən vaxt istədilər. Məhkəmə onların vəsatətini təmin etdi və növbəti proses fevral ayının 22-nə təyin edildi.

Rizvan Vahabovun vəkili Saleh Lələyev qısa arayış verərək, məhkəmədən cavabdeh kimi birbaşa Habil Vəliyevin göstərilməsini istədi : “Çünki Habil Vəliyev məqalələrin başqa müəlliflər tərəfindən yazıldığını iddia edir. Biz dəfələrlə Əmək Müfəttişliyinə sorğu vermişik. Hər dəfə bildirilib ki, “Gündəlik-Bakı” qəzetinin Habil Vəliyevdən başqa işçisi yoxdur. Bu da onu deməyə əsas verir ki, həmin məqalələr məhz Habil Vəliyev tərəfindən başqa imzalarla yazılıb”.

Azinforum.az-a Habil Vəliyevin hüquqlarını qoruyan vəkillərin adları da məlum olub. Onlardan biri  2000-ci ildən 2007-ci ilə qədər Zəngilan Rayon Məhkəməsində sədr vəzifəsində çalışmış, hazırda isə vəkillik fəaliyyəti göstərən Rəsmiyyə Cavadova, digəri isə soyadını dəqiqləşdirə bilmədiyimiz Rəfael adlı vəkildir.

Azinforum.az

Əlaqəli xəbərlər