Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 12°C

Eldar Mahmudov istədiyi şəxsi bu "jurnalistlər"lə şantaj edirdi...

“Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Dövlət Təhlükəsizlik Xidmətinin "reket" jurnalistlərə qarşı əməliyyatına münasibət bildirib.
 APA-nın məlumatına görə, A. Əsgərov bildirib ki, DTX tərəfindən keçirilən əməliyyatda həbs olunanlar "reket" jurnalistlər deyil. O qeyd edib ki, “Azərbaycan” Nəşriyyatında "reket" jurnalist yoxdur:

“DTX-nin həbs etdikləri jurnalist olsaydı, onları çoxdan nəşriyyatdan çıxarardıq. Onların Mətbuat Şurasının “qara siyahısı”nda da adları yoxdur. Biz bu “qara siyahı”ya ciddi əməl edirik. Siyahıya düşən redaksiyaları nəşriyyata buraxmırıq. DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir. Eldar Mahmudov istədiyi şəxsi bu "jurnalistlər" vasitəsilə qaralayır, pul alır, şantaj edir və yaxud həbs edirdi”.

Əlaqəli xəbərlər