Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 12°C

ANS-in şikayəti təmin edilmədi

ANS MTRSMartın 16-da Bakı Apellyasiya Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha bir iddiasına baxıb.
«Report»un xəbərinə görə, hakim Mirpaşa Hüseynov ANS-in şikayətini təmin etməyib.
Məhkəmə MTRŞ-nın ANS-in cərimələnməsini nəzərdə tutan qərarını qüvvədə saxlayıb.

MTRŞ 23 dekabr 2015-ci il tarixində 12/12 saylı inzibati tənbeh vermə haqqında qərar çıxarıb. Həmin qərardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarı ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti həmin məhkəmə qərarından apellyasiya şikayəti verib.

Əlaqəli xəbərlər