Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

Tanınımış jurnalistin evi yandırıldı

Asif MerziliJurnalistin evi  yandırılıb
Martın 14-də, gecə saat 02:50 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilinə bir qrup şəxs tərəfindən basqın edilib və mənzil benzin tökülərək  yandırılıb. Lakin həmin vaxt tam təsadüfən bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınıb.  

Baş redaktor mətbuata verdiyi açıqlamada faktı təsdiqləyib və istintaq getdiyi üçün hələlik əlavə heç nə deyə bilməyəcəyini söyləyib: “İstintaq getdiyi üçün əlavə heç nə deyə bilmirəm… İstintaqçılar da ehtimal edirlər və özüm də güman edirəm ki, bu hadisə sırf peşə fəaliyyəti ilə bağlıdır. Çünki son dövrlərdə rəhbərlik etdiyim qəzetdə vətəndaşların şikayəti əsasında ciddi araşdırma yazıları dərc edilib… Bircə onu deyə bilirəm ki, bu məsələ artıq hüquq mühafizə orqanı rəhbərlərinin ciddi nəzarətindədir, inanıram ki, bu qəsdi sifariş verən tezliklə qanun qarşısında cavab verəcək..”.

Əlaqəli xəbərlər