Qadağa yoxdur, ancaq nizam-intizam olmalıdır
APA-nın məlumatına görə, Kərbəlaya ziyarətə gedən 500-ə qədər azərbaycanlının İraq-İran sərhədində problemlə üzləşməsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var: "Həmin dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlar İşlər üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır. Çox təəssüf ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər".