Pedro Aqramunt təqdir edir

Pedro_Aqramunt11.jpgHüquqşunas İntiqam Əliyevin azadlığa buraxılması ilə bağlı Ali Məhkəmənin qərarına beynəlxalq qurumlardan ilk reaksiya Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntdan gəlib.

Ardını oxu...

İntiqam Əliyev azadlığa buraxıldı

Intiqam_Eliyev1.jpgAli Məhkəmə İntiqam Əliyevin azadlığa buraxılması barədə qərar verib.  Onun barəsində çıxarılmış hökm Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib. Hüquq müdafiəçisinin dərhal azadlığa buraxılması barədə də qərar verilib.

Ardını oxu...

Yazıçı Anar baş prokurora müraciət edib

Saday-sair.jpg«Strateq.az» saytı Yazıçılar Birliyinin sədri Anarın, şairSaday Şəkərlinin həbsi ilə bağlı baş prokuror Zakir Qaralova göndərdiyi müraciəti dərc edib.

 S. Şəkərlini istedadlı şair kimi dəyərləndirən Anar şairin həbsinə də toxunur: «Hazırda S. Şəkərli həbs edilib. Buna çox təəssüf edirik. Əli qələmli, yaradıcı bir insan cəmiyyət üçün faydalı olmalıdır. Lakin S. Şəkərli günahsız olduğunu bildirir. Əlbəttə ki, bu məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Bizim sizdən xahişimiz budur ki, S. Şəkərlinin məsələsinə ədalətlə baxılsın, lazımdırsa yenidən araşdırılsın».

Ardını oxu...

Cinayət işi dayandırdıldı-qadağa götürüldü

EITI logoBəzi QHT rəhbərlərinin ölkəyə giriş-çıxışına qoyulan qadağa götürüldü

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan təşkilatların cinayət işi dayandırılıb. Bunu Koalisiyanın kordinatoru Əliməmməd Nuriyev qurum üzvlərinə yazdığı məlumatda bildirib.

Ardını oxu...

Prezidentin əfv etdiyi TANINMIŞLAR

MehkumBu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı  əfv edilənlər arasında Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat sədrinin müavinləri Yadigar Sadıqov, Tofiq Yaqublu, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli,

Ardını oxu...

2 -dən səhifə 4

Əlaqəli xəbərlər