Nazir 870 nəfərdən 226-nı seçdi

Ramil UsubovSıra baxışında rayonlardan gələn 870 nəfər iştirak edib

DİN mətbuat xidməti bildirir ki,  “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında” prezident fərmanının icrası çərçivəsində 12 rayondan gələn vətəndaşlar arasında seçım  aparılıb.

Ardını oxu...

Ömürlük həbs edilən polis generalının ailəsi prezidentə müraciət edib

Zakir nesirovAntonina Nəsirova: Ona təklif olunurdu ki, Hacı Məmmədovun törətdiyi cinayətlərdə DİN rəhbərliyinin iştirak etməsi barədə ifadə versin"

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan polis general mayoru Zakir Nəsirovun həyat yoldaşı Antonina Nəsirova ölkə prezidenti və Prezident yanında Əfv komissiyasına müraciət edib.

Ardını oxu...

"Vəzifəyə pulla təyinetmələr başladı"

ixtiyar sirinMilli Konqres Partiyasının sədri, sabiq baş prokuror İxtiyar Şirinlə “Azadlıq” qəzeti və vəkil Aslan İsmayılovun arasında məhkəmə çəkişməsi davam edir.
"Azadlıq” qəzeti və vəkil Aslan İsmayılov bu dəfə kassasiya şikayəti verib. Ali Məhkəmədə keçiriləcək hazırlıq iclasının vaxtı da məlum olub. İşə martın 3-də hakim Tatyana Qoldmanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İxtiyar Şirin şərəf və ləyaqətə, işgüzar nüfuza vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib.

Ardını oxu...

Seçkilər saxtalaşdırılıb

tinatin x"Fikrimcə, artıq nə lazımdırsa, hamısını demişəm. Sənədlər də üzdədir. Başa düşmək istəyən anlayacaq. Kim istəyir, qoy, məni sorğu-sual etsin. Hara istəyirlər gedərəm. İstədikləri sənədləri təqdim edərəm"
Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Tinatin Xidaşeli 2015-ci ilin oktyabrında Kaxetiya bölgəsinin Saqareco rayonunda parlamentə boş qalan yerə keçirilən seçkidə saxtalaşdırmada iştirakı ilə bağlı sualı cavablandırarkən belə deyib.

Ardını oxu...

Futbolçunun bibisi oğlu: Söyməyəydi, mən də döyməyəydim...

rasim aliyevBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Ardını oxu...

3 -dən səhifə 4

Əlaqəli xəbərlər